Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olmuşdur

Sentyabrın 28-də Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyəti Sankt-Peterburq şəhərində Rusiya FHN-in təşkilatçılığı ilə keçirilən Avropa Şurasının Avropa və Aralıq dənizi üzrə Böyük Risklər Sazişinin 12-ci Nazirlər Sessiyasında iştirak etmişdir.
Sessiyada təbii fəlakətlərin intensivliyinə və başvermə tezliyinə iqlim dəyişikliyinin təsiri, həmçinin fəlakətlərə hazırlıq üzrə müvafiq normalar müzakirə olunmuşdur. Bundan başqa, 2006-cı ildə Mərakeşdə keçirilmiş Nazirlər Sessiyasından sonra əldə olunmuş nəticələr nəzərdən keçirilmiş və 2011-2015-ci illər üçün Orta Müddətli Plan qəbul edilmişdir.
Tədbirdə Avropa Şurasının Avropa və Aralıq dənizi üzrə Böyük Risklər Sazişinin 26 üzv dövlətinin və sazişin müşahidəçi statusuna malik dövlətlərin təbii və texnogen fəlakət risklərinin idarə olunmasına cavabdeh müvafiq dövlət qurumlarının rəhbərləri, bu sahədə fəaliyyət göstərən təşkilat və institutların, eləcə də Avropa Şurasının aidiyyəti qurumlarının nümayəndələri iştirak etmişlər.
Sessiyada Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azərbaycanda fövqəladə hal riski və böhranların idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi" mövzusunda çıxış etmişdir.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında