Səbail veteranları hesabat verirlər

Qədim tarixi və ənənələri ilə həmişə seçilən Səbail rayonunda həyatın müxtəlif sahələrində uğurla çalışmış çoxsaylı əmək və müharibə veteranları yaşayırlar. Sıralarında 1020 nəfəri birləşdirən Səbail Rayon Veteran Təşkilatları Şurasının XII hesabat-seçki konfransında yaşlı nəslin çağdaş fəaliyyəti, arzu və istəkləri, qayğıları çıxış və müzakirələrin aparıcı mövzusu oldu.
Bu il əsaslı təmir olunmuş Badamdar qəsəbə Mədəniyyət evində keçirilən məclisdən öncə nümayəndələr və qonaqlar foyedə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səbail rayonu ilə bağlı fəaliyyətlərindən bəhs edən foto-stendlərlə tanış oldular.
Konfransı Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev açdı. Hesabat məruzəsində Şuranın son 2 ildə gördüyü işlər və keçirilmiş tədbirlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, təşkilat üçün ən əlamətdar hadisələrdən biri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsində "Veteran Neftçilər klubu"nun yaradılması olmuşdur. Klubun yerləşdiyi bağ əsaslı təmir olunmuş, bura veteranların və ərazidə yaşayanların sevimli istirahət yerinə çevrilmişdir. Şuranın qərərgahı da RİH tərəfindən əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz olunmuşdur. Səbail Bələdiyyəsi isə otaqların tərtibat işlərini görmüşdür.
Hesabat dövründə Şuranın üzvləri rayonun təhsil müəssitsələrində, idarə və təşkilatlarında keçirilən tədbirlərdə yaxından iştirak etmiş, yeniyetmə və gənclərin tərbiyəsi işlərində fəal olmuşlar.
Bu il faşizm üzərində Qələbənin 65 illiyi böyük təntənə ilə qeyd olunmuşdur. Bununla əlaqədar Səbail rayonunda II Dünya müharibəsi iştirakçıları və arxa cəbhə veteranlarının iştirakı ilə çoxsaylı tədbirlər keçirilmişdir. May ayının 7-də Bibiheybət qəsəbəsində RİH tərəfindən yeni layihə əsasında tikilən xatirə kompleksin açılış mərasimi olmuşdur. Veteranlara Qələbənin 65 illiyi xatirə medalı, rayon icra hakimiyyətinin hədiyyələri və maddi yardımları təqdim edilmişdir.
Veteranlar hesabat dövründə görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı danışdılar. Rayonda veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov konfransda bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman veteranlara xüsusi diqqət və qayğı ilə yanaşmış, onları bizim ən əziz və ən mötəbər insanlarımız adlandırmışdır. Veteranlarımızın böyük həyat təcrübəsi, keçdikləri şanlı döyüş yolu və əmək cəbhəsində qazandıqları uğurlar bugünkü gənclik üçün örnək və vətənpərvərlik məktəbidir.
A.Əsgərov cari ildə Səbail rayonunun sosial-iqtisadi inkişafı, quruculuq işləri, abadlaşdırılan, təmir olunan, yeni istifadəyə verilən sosial obyektlər haqqında ətraflı məlumat verdi, veteranların rayonun ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirdi. Başçı bildirdi ki, icra hakimiyyəti veteranlarımıza bundan sonra da diqqət və qayğı göstərəcəkdir.
İctimai-siyasi həyatda fərqlənən bir qrup veterana Səbail Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edildi.
Konfransda Səbail Rayon Veteran Təşkilatları Şurasının yeni tərkibi formalaşdırıldı. Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev yenidən Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri seçildi.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında