"AAD - Afrika Aerospace Defence - 2010" sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məhsulları maraqla qarşılanmışdır

Sentyabrın 21-dən 25-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən "AAD - Afrika Aerospace Defence-2010" sərgisi başa çatmışdır.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Afrika qitəsində indiyədək nümayiş etdirilən ən böyük hərbi sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 67 adda müdafiə təyinatlı məmulatla təmsil olunmuşdur. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif laylı çap lövhələri və digər məmulatlar daxil idi. Sərgidə Azərbaycan ilə Cənubi Afrika Respublikasının birgə istehsalı olan "Motodor" və "Marauder" tipli zirehli maşınlar da nümayiş etdirilmişdir.
ABŞ, Çin, Türkiyə və CAR kimi ən məşhur silah istehsalçıları da daxil olmaqla dünyanın 36 ölkəsindən 323 qabaqcıl şirkətin qatıldığı sərgidə nümayiş etdirilən Azərbaycan məhsulları böyük maraq doğurmuşdur. Xüsusilə 12,7 və 14,5 millimetirlik "İstiqlal" snayper tüfəngləri sərgidə iştirak edən xarici ölkə nümayəndələrinin diqqətini çəkmişdir. "İstiqlal" snayper tüfəngi 2009-cu ildə Türkiyədə "İDEF - 2009" və cari ildə İordaniyada "SOFEX - 2010" sərgilərində də xüsusi marağa səbəb olmuşdur.
Sərgi sonuncu gün əhali üçün açıq elan olunmuşdur. Azərbaycan stendinə dövlət nümayəndələri ilə yanaşı, mülki şəxslər də maraqla baxmışlar.
Səfər çərçivəsində nazir Yavər Camalov sərgiyə ev sahibliyi edən Cənubi Afrika Respublikasının (CAR) müdafiə nazirinin müavini Fezile Bhinqu və sərgidə iştirak edən - Belarus, Türkiyə və Hindistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlərdə bu ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında