Azərbaycan İstanbulda keçiriləcək "CeBİT Bilisim Eurasia" sərgisində ayrıca pavilyonla təmsil olunacaqdır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti oktyabrın 6-dan 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "CeBİT Bilisim Eurasia" - beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında iştirak edəcəkdir.
Nazirlikdən verilən məlumata görə, bu il Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunacaqdır. Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayiş etdiriləcəyi nəzərdə tutulur. Milli pavilyonda Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer alacaqdır.
Sərgidə, həmçinin Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılmasına dair layihələr də təqdim olunacaqdır. Dövlət sektorundan başqa pavilyonda ölkənin özəl informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin də nailiyyətləri əks olunacaqdır. Azərbaycanı sərgidə təmsiledən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir. Sərgi çərçivəsində müxtəlif forum və konfransların təşkil olunacağı da gözlənilir.
"CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirlə yaxından maraqlanır. Bununla belə, məhz builki sərgidə respublika ayrıca pavilyonla təmsil olunur. Bunun sayəsində Azərbaycanın İKT sahəsindəki potensialını nümayiş etdirmək və ölkəyə ən yeni texnologiyaları cəlb etməyə imkan yaranacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında