Azərbaycan Prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlamışdır

Sürətli qlobal texnoloji inkişafı və internetin artan əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanmış, məşhur qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi fəaliyyətə başlamış, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanmış və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilmişdir.
Dinamik inkişaf edən informasiya məkanında multimedia məzmununa malik məlumatların artan önəmini nəzərə alaraq, məşhur video paylaşım saytı olan YouTube ilə əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında yalnız Rusiya və Azərbaycan Prezidentlərinin rəsmi YouTube kanalı vardır.
Rəsmi YouTube kanalının adi istifadəçi kanallarından fərqi ondan ibarətdir ki, kanalın dizaynı Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinə tam inteqrə olunmuş, videoçarxların həcminə və uzunluğuna qoyulan məhdudiyyətlər aradan qaldırılmışdır.
Prezident Administrasiyasından bildirmişlər ki, kanalda Azərbaycan Prezidentinin nitqlərinin, görüşlərinin, qəbullarının, tədbirlərdə iştirakının, mətbuat konfranslarının, müsahibələrinin videogörüntülərinə baxmaq mümkündür.
Hazırda Administrasiya ilə YouTube arasında müzakirələr davam etdirilir. Yaxın gələcəkdə YouTube ilə birgə yeni iri layihələrin həyata keçirilməsi gözlənilir.
Prezidentin YouTube kanalına rəsmi internet səhifədən (www.president.az) və ya birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür: www.youtube.com/presidentaz.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında