Kəngərli rayonunda yeni sosial obyektlər istifadəyə verilmişdir

Yeni Kərki kəndində sosial obyektlər istifadəyə verilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov məktəbin açılış mərasimində çıxış edərək rayonda aparılan quruculuq işləri barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Kərki kənd məktəbinin, kənd mərkəzinin, məişət evinin, feldşer-mama məntəqəsinin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, kənd sakinlərini təbrik edərək demişdir: Ölkəmizdə inkişaf, təhsilə qayğı ulu öndərimizin adı ilə bağlıdır. Hazırda bu işlər ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir və nəticədə ölkəmiz inkişaf edir, abadlaşır, gələcəyimiz olan gənclər yetişdirilir, onlara hər cür dövlət qayğısı göstərilir. Bunu Yeni Kərki kəndində istifadəyə verilən sosial obyektlərin timsalında aydın görmək mümkündür. Kərki kəndi ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən işğal olunmuş və kənd əhalisi bu əraziyə köçərək dövlətimiz tərəfindən salınmış evlərdə məskunlaşmışdır. Sonrakı illərdə kənd formalaşmış, icra nümayəndəliyi, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradılmış, qazlaşdırılmış, telefonlaşdırılmış və insanların yaşaması üçün hər cür şərait yaradılmışdır. Artıq kənd sakinlərinin gündəlik qarşılaşdıqları qayğıların vaxtında həll olunması üçün lazım olan hər bir şərait vardır. Müəllimlər yaradılmış şəraitdən düzgün istifadə edərək şagirdlərə daha yaxşı təhsil vermək imkanına malik olacaqlar.
Ali Məclisin sədri kəndlərimizin abadlaşdırılması istiqamətində də ardıcıl tədbirlərin həyata keçirildiyini, onların telefonlaşdırıldığını, qazlaşdırıldığını, yollarının abadlaşdırıldığını, səhiyyə ocaqlarının tikildiyini, kənd təsərrüfatında istehsal olunan məhsulların satışı üçün bazarda lazımi şəraitin yaradıldığını vurğulamış, belə tədbirlərin kəndlərimizin daha da möhkəmlənməsinə, məskunlaşmanın artmasına, insanların rahat yaşamasına imkan verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ölkə başçısının sərəncamları ilə təhsil, səhiyyə və digər sahələrdə çalışanların əməkhaqlarının artırılması, onların əməyinin qiymətləndirilməsi, yaşayışları üçün lazımi şəraitin yaradılması insanların rifahının gündən-günə yaxşılaşmasına imkan verir. Bütün bunlar isə dövlət və əhalinin birliyindən qaynaqlanır. Bu gün dövlət və əhalinin birliyindən ölkəmiz fayda görür, müstəqilliyimiz möhkəmlənir.
Açılışı bildirən lent kəsilmiş, yeni məktəb binasına baxış keçirilmişdir.
Sonra Ali Məclisin sədri Kənd mərkəzinin, məişət evinin və feldşer-mama məntəqəsinin açılışlarında da iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında