BQXK ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri xanım Paskal Mej Vaqner sentyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycan və BQXK arasında səmərəli əməkdaşlığı vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar infrastrukturun beynəlxalq tələblərə uyğun müasirləşdirilməsi üzrə tədbirlərdən danışmış, həmçinin Komitənin də tövsiyələri nəzərə alınmaqla yeniləşmiş penitensiar qanunvericiliyin məhkumların hüquqlarının daha etibarlı təmin olunması baxımından əhəmiyyətini bildirmiş, komitənin fəal dəstəyini qeyd etmişdir.
BQXK-nin ölkəmizlə əməkdaşlığının yüksək səviyyədə olduğunu məmnunluqla bildirən qonaq Azərbaycanda penitensiar sistemdə həyata keçirilən köklü islahatları, eləcə də cəzaçəkmə müəssisələrində məhkumlar üçün lazımi şəraitin yaradılmasını təqdir etmişdir. Eyni zamanda, tibbi yardımın köklü surətdə yaxşılaşdırılması nəticəsində məhkumlar arasında vərəm xəstəliyinin səviyyəsinin xeyli azalmasını alqışlayan xanım Vaqner, Azərbaycanın bu xəstəliklə mübarizədə əldə etdiyi yüksək nailiyyətləri qeyd etmişdir.
Qonaq Azərbaycanın bu sahədə BQXK-nin köməyinə ehtiyacı qalmadığını, ölkəmizin öz müsbət təcrübəsinin artıq digər ölkələrlə bölüşmək imkanında olduğunu vurğulamış, Tacikistan və Qırğızıstanın bu təcrübədən bəhrələndiyini söyləmişdir.
Söhbət zamanı Azərbaycan hökuməti ilə BQXK arasında 2000-ci ildə bağlanmış saziş çərçivəsində Komitənin nümayəndələri ilə məhbuslar arasında təkbətək görüşlərin səmərəliliyi qeyd olunmuş, sənədin implementasiyası ilə bağlı fikir mübadiləsi aparılmış, bu sahədə ölkəmizdə milli preventiv mexanizmin yaradıldığı yüksək qiymətləndirilmişdir.
Görüşdə BQXK-nin Azərbaycandakı yeni nümayəndəsi xanım Şerin Pollini iştirak etmişdir.
Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında