Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının yeni versiyasının təqdimat mərasimi

Sentyabrın 28-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının təqdimatı olmuşdur.
Tədbiri giriş sözü ilə açan baş prokurorun müavini Namiq Əsgərov prokurorluq orqanlarının həyatında əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun tarixində hərtərəfli müasirləşdirmə və inkişaf dövrünün əsasını qoyan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, görülən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində xeyli işlər görülmüşdür. Baş Prokurorluğun strukturunda dəyişikliklər aparılmış və tərkibində informasiya texnologiyalarının tətbiqi xidməti olmaqla tam yeni məzmunda Hüquqi Təminat və İnformasiya İdarəsi yaradılmışdır.
Baş prokurorun müavini xüsusilə vurğulamışdır ki, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdirilmiş, kompyuter texnologiyalarının imkanlarından istifadə edilməklə, prokurorluğun fəaliyyətində aşkarlığın və internet vasitəsilə informasiya mübadiləsinin təmin olunması məqsədilə xüsusi bölmələr və bloklardan ibarət veb-saytın yeni versiyası yaradılmışdır.
Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının hazırlanması ilə əlaqədar görülmüş təşkilati və digər tədbirlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verən Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan Respublikası Prokurorluğunun www.genprosecutor.gov.az və www.prokurorluq.gov.az  ünvanlarında yerləşən veb-saytının prokurorluğun strukturunda və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi, prokurorluğun tarixi, strukturu, görülən işlər və digər məsələlər barədə məlumatların, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatlarının geniş ictimaiyyətə çatdırılmasına imkan verəcəyini bildirmişdir.
Bundan başqa, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətini özündə əks etdirən informasiya xarakterli və müasir dizayna malik məlumat diski hazırlanmışdır. Diskdə, eyni zamanda, Azərbaycan Respublikasının tarixi, ərazisi, əhalisi haqqında informasiyalar, dövlət rəmzləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar yerləşdirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında