Çinin milli bayramı şərəfinə

Sentyabrın 28-də Çinin Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 61-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfir Çjan Yannyan çıxış edərək Çinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır. Diplomat dost ölkələr olan Azərbaycan ilə Çin arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirmişdir. Azərbaycanın dinamik inkişafını xüsusi qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, eləcə də mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da durmadan inkişaf edəcəyinə əmin olduğunu demişdir.
Nəqliyyat naziri Ziya Məmmədov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Çin xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci ildə isə Prezident İlham Əliyevin Çinə səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına təkan vermişdir.
Azərbaycan ilə Çin arasında iqtisadi və humanitar sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyini deyən nazir qarşılıqlı əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında