Azərbaycanın mükəmməl seçki sistemi vardır

Ölkəmizdə səfərdə olan Çexiya Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziqin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 28-də Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovla görüşmüşdür.
Valeh Ələsgərov qonaqlara Azərbaycanda seçkiqabağı durum, ölkəmizin seçki sistemi, noyabrda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi, namizədlərin qeydə alınması, həmçinin Milli Məclisin tərkibi barədə məlumat vermişdir. Parlament rəhbərliyində müstəqil deputatları təmsil etdiyini vurğulayan V.Ələsgərov bildirmişdir ki, 3-cü çağırış Milli Məclisin deputatları arasında 10-dan çox siyasi partiyanın üzvləri vardır. Ölkəmizdə seçki sistemi elə qurulmuşdur ki, Azərbaycanın hər bir vətəndaşı seçkili orqanlara öz namizədliyini irəli sürə bilər.
Ölkəmizin Çexiya üçün böyük maraq kəsb etdiyini vurğulayan nümayəndə heyətinin başçısı Ludek Sefziq bu faktları Azərbaycanın seçki sisteminin mükəmməlliyi kimi dəyərləndirmişdir. Öz növbəsində Milli Məclis sədrinin müavininə Çexiyanın seçki sistemi və Senatın işi barədə məlumat verdikdən sonra digər məsələlərdən söhbət açmışdır. Yer kürəsində təbii fəlakətlərin artması ilə bağlı çex alimlərinin fikirlərindən bəhs etmiş, ölkəsində tükənməkdə olan təbii ehtiyatların, xüsusilə yanacaq materiallarının əvəzləyicisinin tapılması istiqamətində görülən işlərdən danışmışdır. Bu sahədə senatorların öhdəsinə düşən vəzifələrə dair mülahizələrini bölüşmüşdür.
Sonra Valeh Ələsgərov qonaqlara təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin işi, qanunvericilik fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın hər hansı təbii sərvətindən istifadəyə dair xarici ölkələrin şirkətləri ilə bağlanan bütün müqavilə və sazişlər mütləq qaydada bu komitədə baxıldıqdan sonra Milli Məclisə tövsiyə olunur.
Söhbət zamanı Çexiya Senatının üzvlərinə Azərbaycanın son illərdəki iqtisadi yüksəlişi, həyata keçirilən qlobal layihələr, Avropaya inteqrasiya sahəsində atılan addımlar barədə məlumat verilmişdir.
Görüşdə Çexiya nümayəndə heyətinin digər üzvləri də fikirlərini bölüşmüşlər. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan-Çexiya münasibətlərinin inkişaf yolları barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında