Çexiya parlamentinin nümayəndə heyəti İçərişəhərdə olmuşdur

Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziqin rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, çexiyalı qonaqların İçərişəhərdə gəzintisi YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız qalası ilə tanışlıqla başlanmışdır. Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olmuşdur.
Buxara Karvansarası ilə tanış olan qonaqlara bu abidənin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilmişdir. Gəzinti Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilmiş, qonaqlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilmişdir.
İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə yekunlaşmış və qonaqlar kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında məlumatları maraqla dinləmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında