"Rauf Denktaş: Həyatı, mübarizəsi, arzusu, ümidi..." kitabının təqdimatı

Sentyabrın 28-də Azərbaycanda Atatürk Mərkəzində Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə türkoloq alim, dünya şöhrətli cərrah, doktor Cavad Heyət, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və başqaları çıxış edərək bildirmişlər ki, kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Şimali Kipr türklərinin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illərindən, hələ 18 yaşından birliyə çağırışından bəhs edilir.
Bildirilmişdir ki, kitabda onun ada türklərinin hüquqları uğrunda XX yüzilliyin ortalarından etibarən başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, xalqın bugünü və sabahına yönəlmiş düşüncələri haqqında maraqlı məlumatlar toplanmışdır.
Təqdimat mərasimində Şimali Kipr türklərinin Bakı təmsilçisi Zəki Qazioğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya Qənirə Paşayevanın bu kitabı yazmaqla bütün türk xalqları arasındakı mənəvi körpünün daha da möhkəmlənməsinə töhfə verdiyini bildirmişlər.
Milli Məclisin deputatları Aqil Abbas, Hüseynbala Mirələmov, Gülər Əhmədova kitabı böyük məhəbbət dastanı adlandırmışlar.
Kitabın müəllifi, Milli Məclisin deputatı Qənirə Paşayeva ulu öndər Heydər Əliyevin türk dünyasına açdığı yolun davam etdirilməsinin vacibliyini bildirmişdir. O, kitabın ərsəyə gəlməsində Şimali Kipr türklərinin Bakı təmsilçisi Zəki Qazioğluna və nəşrin redaktoru, Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalıya minnətdarlığını bildirmişdir.
Qənirə Paşayeva demişdir ki, xalqlarımız arasındakı əlaqələri genişləndirmək üçün bundan sonra da çox işlər görmək fikrindədir.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Qeyd edilmişdir ki, çox qiymətli, dəyərli bir insana həsr olunmuş və böyük ictimai mahiyyət daşıyan bu kitab universitetlərə, digər elm, təhsil ocaqlarına pulsuz paylanacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında