Bəxti sınamağa dəyər: 57 000 manat məbləğində uduş sahibinə təqdim edildi

Sentyabr ayınının 25-də "Avtoşou" lotereyasının 3-cü tirajı keçirildi. Çoxsaylı AzTV tamaşaçıları canlı yayımda bu tirajı izləyərək gözəl, həyacanlı anlar yaşadılar. Tiraj haqqında danışarkən ilk olaraq qeyd edək ki, daha 15 Azərbaycan ailəsi avtomobilə sahib oldu. Tirajdan sonra, Toyota "Corolla" udmuş 126942 nömrəli, Kia "Rio" udmuş 249321 nömrəli, VAZ - 2107 avtomobillərini udmuş 13 ədəd (buraya kifayət qədər sanballı pul uduşlarını da əlavə etmək olar) biletlərin sahiblərinin hansı hisslər yaşadığını təsəvvür etmək çətin deyil. Ancaq tirajı izləyənlərin diqqətini daha çox bir təqdimat cəlb etdi. "Azerlotereya" ASC-nin "Avtoşou" lotereyasının 2-ci tirajının qalibləri haqda, mətbuatda geniş yayılmış məlumatlarda bildirilmişdir ki, "Piramida" lotereyasının 05-ci tirajının əsas qalibini - 034604 saylı lotereya biletinin sahibini səbirsizliklə gözləyirlər. Söhbət 57 000 manata yüksəlmış Cek Pot uduşundan gedirdi və tamaşaçılar bu məbləğin "Azerlotereya" ASC-nin "xoşbəxt məcməyisində" 62 yaşlı Gədəbəy sakini Məmmədov Vaqif Mikayıl oğluna təqdim edilməsinin şahidi oldular. Məmmədov Vaqif Mikayıl oğlu musiqiçidir, Gədəbəy İncəsənət məktəbində müəllim işləyir. 3 övladı, 5 nəvəsi olan, kifayət qədər həyat təcrübəsinə malik Vaqif müəllimin lotereya oyunlarına həvəsi yaxınlarını bir qədər təəccübləndirirdi. Özünün dediyi kimi o, hər dəfə lotereya bileti alanda, evdə onun "boş yerə pul sərf etməsinə" deyinirmişlər. Vaqif müəllim deyir: İndi məni tanıyanların əksəriyyətində lotereya oyunlarına münasibətdə şübhə yoxa çıxmağa başlayır və onlar hesab edirlər ki, bəxti sınamağa dəyər.
Vaqif müəllimin udduğu məbləğ kifayət qədər sanballı olsa da, hazırda lotereya həvəskarlarını daha böyük məbləğdə uduşlar gözləyir. Götürək həftənin çərşənbə günləri oynanılan "Ailə sevinci" lotereyasını. Hazırda burada 95 000 manat məbləğində "meqa-pot", 38 000 manat məbləğində "Cek-pot", Mercedes, Hyundai "Sonata" avtomobilləri, bazar ertəsi "Yeni Binqo" lotereyasında 75 000 manat məbləğində "Binqo prizi", 65 000 manat məbləğində "Cek-pot", Toyota "Prado" avtomobili öz xoşbəxt sahiblərini gözləyir. Şənbə günləri keçirilən "Piramida" lotereyasında 10 000 manat, 100%-li 7 000 manatlıq uduş və 14 000 manatı keçən (yeri gəlmişkən, Məmmədov Vaqifə 57 000 manatı yenicə bəxş edən) "Cek-pot" gözləyir.
Hər həftənin bazar ertəsi, çərşənbə yə şənbə günləri 5.36 oyununda çoxsaylı pul uduşları var. Kifayət qədər populyar Nissan "Sunny" avtomobilləri haqda xüsusi danışmadan, təkcə bir faktı qeyd etmək lazımdır ki, həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri üç ailə 100% bu avtomobillərə sahib olurlar. Başqa sözlə, nəzəri olaraq, bütün çoxsaylı uduşları kənara qoysaq, lotereya həvəskarları hər ay ən azı 12 ədəd Nissan "Sunny" avtomobilinə sahib olurlar. Buraya hər ay "Avtoşou" lotereyasında 100% udulan 15 avtomobili əlavə etsək, necə deyərlər, şərhə ehtiyac qalmır. Hərçənd ki, artıq 105 ailənin taleyində çox önəmli rol oynamış "Taleh açarı" lotereyasını qeyd etməmək mümkün deyil. Bu lotereya, həqiqətən neçə-neçə insanın həyatında əsl dönüş açarı olub.
Bu yazı əslində "Piramida" lotereyasının ilk əsas qalibi Məmmədov Vaqifin lotereyaya münasibəti haqdadır. Vaqif müəllim, ətrafdakıların skeptik yanaşmalarına baxmadan qismətinə inanmış və burada "kim haqlıdır?" sualına 57 000 manatlıq uduşla cavab verib.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında