Neft Daşlarına aylıq normanın 459 faizi qədər yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, sentyabrın 26-da gün ərzində, 26-dan 27-nə keçən gecə ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, əksər rayonlarda yağış yağmış, bəzi şərq rayonlarında leysan xarakterli intensiv olmuşdur. 26-dan 27-nə keçən gecə yağış tədricən kəsilmiş, 27-də səhər əsasən yağmursuz keçmişdir.
Düşən yağıntının miqdarı Neft Daşlarında 34 mm (aylıq normanın 459 faizi), Biləcəridə, Bakıda 27-31 mm ( aylıq normanın 180 faizi ), Pirallahıda 26 mm ( aylıq normanın 176 faizi) , Sumqayıtda 24 mm ( aylıq normanın 133 faizi), Abşeron yarımadasının digər ərazilərində 13-14 mm ( aylıq normanın 62 faizi ), Ələtdə 20 mm ( aylıq normanın 174 faizi ), Daşkəsən-Gədəbəy zonasında 4-9 mm, Naftalanda 14 mm, Qazax-Gəncə zonasının digər rayonlarında 1-6 mm, Baləkən-Şəki zonasında 3-7 mm, Şamaxıda 22 mm ( aylıq normanın 48 faizi ), Mərəzədə 20 mm ( aylıq normanın 66 faizi), Bərdədə 17 mm, Mingəçevirdə 12 mm ( aylıq normanın 48 faizi ), Yevlaxda 11 mm ( aylıq normanın 49 faizi ), Qazıməmməddə 24 mm ( aylıq normanın 167 faizi ), Neftçalada 20 mm, Lənkəran - Astara zonasının digər rayonlarında 4-9 mm olmuşdur.
Havanın temperaturu sentyabrın 26-da iqlim norması daxilində tərəddüd etmiş, maksimal temperatur aran rayonlarında 21-25, dağlıq rayonlarda 15-19, Abşeron yarımadasında 20-22, Naxçıvan MR-də 27-32 dərəcə isti təşkil etmişdir

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında