Prokurorluq və hüquq-mühafizə orqanları son illər narkomaniya ilə mübarizə tədbirlərini xeyli gücləndirmişdir

Sentyabrın 27-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov konfransı giriş sözü ilə açaraq Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində görülmüş işlərdən, habelə profilaktik tədbirlərdən danışmış, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, xüsusən tibb, təhsil, idman sahələrində görülən işlər müalicə və reabilitasiya tədbirləri üçün əlverişli zəmindir. Prokurorluq və hüquq mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti son illər xeyli güclənmişdir.
Tədbir iştirakçıları narkomanlığın profilaktikası, bu bəladan əziyyət çəkən şəxslərin aşkar edilməsi, qeydiyyata götürülməsi, müalicəsi, onların fizioloji və psixoloji asılılıqdan azad edilməsi, reabilitasiyası, gənclər arasında maarifləndirmə işlərinin aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə strategiyaları, dünya təcrübəsinin səmərəli metodlarının tətbiqi və sair mövzularda fikir mübadiləsi aparmış, problemlərin həlli və işin səmərəsinin artırılması üzrə təkliflər irəli sürmüşlər.
Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, Daxili İşlər, Milli Təhlükəsizlik, Gənclər və İdman, Təhsil nazirliklərinin, Səhiyyə Nazirliyi və nazirliyin Narkoloji Mərkəzinin, Narkotiklərə və Cinayətkarlığa qarşı Milli Təbliğat Ofisinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında