Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

Son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılmış genişmiqyaslı islahatlar Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunmuşdur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə quruluşunun təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, məhkəmələrin yeni yurisdiksiyası ilə əlaqədar nazirlik tərəfindən görülmüş işlər barədə məlumatlar dinlənilmiş, yeni yaradılan məhkəmələrin növbəti ildən fəaliyyətini təmin etmək üçün əlavə tədbirlər müəyyən edilmişdir.
Eyni zamanda, penitensiar sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların hüquqlarının xeyli genişləndirilməsi, yeni müasir penitensiar infrastrukturun yaradılması üzrə tədbirlər qeyd edilmişdir. Yeni qanunvericiliyə əsasən, penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən "Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları"nın təkmilləşdirilməsinə zərurət yarandığı bildirilmişdir. Bununla əlaqədar, Avropa Penitensiar Qaydaları, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi, BQXK və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin tövsiyələri nəzərə alınmaqla, məhkumların hüquqlarının, o cümlədən təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtının daha səmərəli keçirməsi və digər mühüm məsələlərə dair dəyişikliklər edilmişdir. Əsaslı surətdə yenilənmiş bu qaydalar kollegiyada hərtərəfli və geniş müzakirə olunaraq bəyənilmişdir.
İclasda, həmçinin məhkumlara göstərilən tibbi yardımla bağlı məsələlər nəzərdən keçirilmiş, son illər tibb xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində tibbi yardım və dərman təminatının yaxşılaşdırıldığı, müalicə müəssisələrinin yeni müasir tibbi avadanlıqla təchiz olunduğu qeyd edilmişdir. 1995-ci ildən BQXK ilə birgə cəzaçəkmə müəssisələrində 10 mindən artıq məhkum vərəmdən müalicə olunmuş, vərəmin ən ağır və təhlükəli formalarının səmərəli müalicəsi aparılmış, nəticədə ölüm hallarının sayı 30 dəfə azalmış, məhkumlar arasında bu xəstəliyin səviyyəsi xeyli aşağı enmişdir.
Bildirilmişdir ki, vərəmlə ən müasir üsullarla mübarizə sahəsində Azərbaycanda əldə olunmuş nailiyyətlərə beynəlxalq aləmdə maraq artmış, ölkəmizin müsbət təcrübəsi ilə tanış olmaq üçün Tacikistanın nümayəndə heyəti bu ilin iyununda ölkəmizdə səfərdə olmuş, bu məqsədlə Qırğızıstan Respublikasının Cəzaların İcrası Dövlət Xidmətinin yüksək səviyyəli nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.
Eyni zamanda, ədliyyə orqanlarında şəffaflığın təmin olunması daim diqqətdə saxlanılaraq, tibb xidmətində vakant vəzifələrin zəruri peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi məqsədilə 2004-cü ildən işə qəbul açıq müsabiqə yolu ilə aparılaraq 170 tibbi mütəxəssis qulluğa qəbul edilmişdir.
Həmin prosesdə aşkarlığı və səmərəliliyi artırmaq məqsədilə qəbulu həyata keçirən Müsabiqə Komissiyasının tərkibi genişləndirilmiş, bu işə aidiyyəti beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb olunması qərara alınmışdır.
İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında