2005-ci ildən axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunmuşdur

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı toplanmış materiallar əsasında rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermiş, etibardan sui-istifadə, aldatma və talama yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək mənimsəmiş "Borçalı" Kommersiya Bankının keçmiş baş mühasibi Namazov İlham İbrahim oğlu barəsində 7 fevral 2005-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.3.2, 179.2.1, 179.2.3, 179.3.2 və 313.-cü maddələri ilə cinayət işi başlanmışdır. Araşdırma zamanı İ.İ.Namazovun 2005-ci ildə istintaqdan gizlənmək məqsədilə respublika hüdudlarını tərk etdiyi müəyyənləşdirilmiş və barəsində dövlətlərarası axtarış elan olunmuşdur.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Namazov Saratov vilayətində həbs olunaraq Azərbaycana ekstradisiya edilmiş və istintaqa təhvil verilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında