Londonda kanadalı yazıçının Qarabağ həqiqətlərindən bəhs edən kitabının təqdimatı olmuşdur

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində İngiltərə, Kanada, Azərbaycan və Türkiyə diplomatlarının iştirak etdiyi kanadalı yazıçı və müxbir Skott Teylorun "Barışmaz müxtəlifliklər: Türkiyə, Azərbaycan və Ermənistan" kitabının təqdimatı olmuşdur.
Kanadanın nüfuzlu hərbi nəşrlərindən olan "Esprit de Corps"un redaktoru kimi son dörd ildə Azərbaycana, onun işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və Ermənistana səfərlər edən yazıçının kitabında tarixi həqiqətlər və bugünkü reallıqlar yer almışdır. Yazıçı bildirmişdir ki, Kanadada Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlar daha çox Ermənistanın mövqeyini əks etdirir. Bu səbəbdən, yeni kitab onun ölkəsində problemlə bağlı obyektiv rəyin formalaşmasına xidmət edəcəkdir.
Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov bildirmişdir ki, bu kitabın təqdimatı mühüm bir hadisədir. Skott Teylor bölgəni və problemləri çox gözəl bilir, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı həqiqətləri əks etdirir.
Türkiyənin İngiltərədəki səfiri Əhməd Ünal Çeviköz demişdir ki, Ankarada işlədiyi zaman kitabın müəllifi ilə görüşmüş və ölkəsinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi haqqında ona məlumat vermişdi. Bu kitabda da vurğulandığı kimi, Azərbaycan torpaqlarının beşdəbir hissəsinin işğalı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Dünya ictimaiyyəti bu məsələ ilə daha yaxından məşğul olmalıdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında