AzərTAc-ın məruzəsi Avropa Xəbər Agentlikləri Alyansının Cenevrədə keçirilmiş konfransında maraqla qarşılanmışdır

Sentyabrın 23-24-də İsveçrənin Cenevrə şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti konfransı və Baş Assambleyası keçirilmişdir.
Tədbirlərdə AzərTAc-ı agentliyin xarici dillərdə informasiya redaksiyasının baş redaktoru Nazim Xıdırov və multimedia - video xəbər şöbəsinin müdiri Taleh Quliyev təmsil etmişlər.
"Yeni biznes modelləri yaradan xəbər agentliklərində və mediada dəyişiklik" mövzusunda təşkil edilmiş konfransda media nümayəndələrini maraqlandıran bir sıra vacib məsələlərlə bağlı müzakirələr aparılmış, təqdimatlar keçirilmişdir.
Taleh Quliyev AzərTAc-ın "Xəbər agentlikləri və multimedia" mövzusunda məruzəsini təqdim etmişdir. Maraqla qarşılanmış məruzədə Azərbaycan Prezidenti İlham Əliyevin agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair sərəncamına əsasən AzərTAc-ın informasiya istehsalı, yayılması və mübadiləsi sahələrində işinin müasir standartlara uyğunlaşdırılması məqsədi ilə həyata keçirdiyi layihələrdən, o cümlədən video, audio və infoqrafika xidmətlərinin təşkilindən, həmçinin ərəb, fransız və alman dillərində xəbərlər hazırlayıb öz kanalları ilə yaymasından bəhs edilmiş, sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti gün EANA-nın Baş Assambleyasında Finlandiyanın STT-Lehtikuva agentliyinin baş direktoru Mika Petterson alyansın yeni prezidenti və Avstriyanın APA agentliyinin rəhbəri Piter Kropş isə Büro üzvü seçilmişlər.
Gündəlikdəki digər məsələlər quruma yeni üzvlərin qəbulu ilə bağlı olmuşdur. Gürcüstan, İspaniya və Makedoniyanın milli informasiya agentlikləri dəfələrlə müraciət etmələrinə baxmayaraq Alyansın nizamnaməsində nəzərdə tutulan səs limitini bu dəfə də qazana bilməmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında