İrina BOKOVA: Mehriban Əliyeva beynəlxalq birliyin diqqətini məktəb yaşına çatmamış uşaqların problemlərinə cəlb etmişdir

YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Azərbaycanın fəal mövqeyini yüksək qiymətləndirmişdir. Bu barədə o, YUNESKO-nun kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili üzrə 1-ci Ümumdünya forumunun rəsmi açılış mərasimindən sonra Moskva Beynəlxalq Ticarət Mərkəzində keçirilmiş mətbuat konfransında bildirmişdir.
AzərTAc-ın müxbirinin "Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın konfransda şəxsən iştirakı Azərbaycanın YUNESKO-nun çox fəal tərəfdaşı olmasına sübutdurmu və Azərbaycan ilə əməkdaşlığı ümumilikdə necə qiymətləndirirsiniz" sualına İrina Bokova belə cavab vermişdir: "Mən çox şadam ki, Mehriban xanım Əliyeva dəvətimizi qəbul edib konfransda şəxsən iştirak etmişdir. Mehriban xanım Əliyeva 2006-cı ildən xoşməramlı səfirdir. Mən çox şadam ki, xoşməramlı səfir kimi o, beynəlxalq birliyin diqqətini bu mövzuya cəlb etmişdir. Xoşməramlı səfirlərin fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın fəaliyyəti isə xüsusilə əhəmiyyətlidir, çünki o, bu mövzuya nəinki maraq göstərir, həm də çox böyük siyasi iradə nümayiş etdirir".
İrina Bokova Bakıya bu yaxınlardakı səfərindən və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən dərin məmnunluq ifadə etmişdir. İrina Bokova demişdir: "Bakıda keçirilən görüşlər zamanı mən təkcə Azərbaycanın YUNESKO ilə əməkdaşlığa çox böyük önəm verdiyini deyil, həm də bugünkü konfransda müzakirə olunan məsələyə də yüksək diqqət yetirildiyinin şahidi oldum. Mən bu səylərə çox hörmətlə yanaşır və Azərbaycanın fəal mövqeyini, habelə əməkdaşlıq arzusunu və bu konfransa marağını yüksək qiymətləndirirəm".
YUNESKO-nun baş direktoru İ.Bokova mətbuat konfransında YUNESKO-nun məktəb yaşına çatmamış uşaqların tərbiyə və təhsili məsələlərinə dair 1-ci Ümumdünya konfransının məqsəd və vəzifələrindən danışmış, Rusiya və xarici ölkələrin KİV nümayəndələrinin suallarına cavab vermişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında