Redaksiyaya məktub

Ədalət zəfər çaldı
İki yaşım olanda ata-anamı itirmişəm. Daha dəqiq desəm, hərbçi işləyən valideynlərimin ikisi də 1937-ci ildə repressiya olunub. Yetimxanada boya-başa çatmışam. Orta məktəbi Omsk şəhərində bitirdikdən sonra Bakıya gəlmişəm. İnşaatçı işləyirdim. Ərə getdim, iki qızım və dörd nəvəm var. Həyat yoldaşım vəzifə borcunu yerinə yetirərkən həlak olub.
1998-ci ildə Bakının Zülfü Adıgözəlov (keçmiş Aşağı Dağlıq) küçəsi 52/54 ünvanında yaşayan Qulamrza Eyvaz oğlundan əvvəlcə bir, daha sonra iki (cəmi 3 otaq) mənzil aldım. Qanuni qeydiyyat vəsiqəm (kupça) ola-ola 2008-ci ilin ortalarında mənzildən çıxarılmağım barədə Qulamrza kişinin iki oğlu (İlqar və İlham) Yasamal rayon məhkəməsində iddia qaldırdılar. Hakim Raqib Qurbanov məsələni ətraflı araşdırdı, əsassız olduğuna görə iddianı rədd etdi. Apellyasiya məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası da işə baxaraq Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladılar.
Mənzilimin kilidi dəyişdirildiyi, qapıları iddiaçılar tərəfindən mismarlandığı üçün mən öz qanuni yaşayış yerimdən istifadə edə bilmirdim. Məcburən məhkəməyə müraciət etdim. Hakim Svetlana Əhmədova qərar çıxardı ki, mənim mənzil hüququm bərpa olunsun. Hakimlərin və məhkəmə icraçılarının prinsipiallığı, ciddi səyləri nəticəsində ədalət zəfər çaldı. Mənzil hüququmun bərpasında xidmətləri olan ədliyyə işçilərinin hamısına ədalətli mövqe tutduqlarına, qanunun aliliyini qoruduqlarına görə dərin minnətdarlığımı bildirirəm.

{nl}

Xalidə MEHDİYEVA, ikinci qrup əlil

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında