Dəqiqləşdirilmiş seçici siyahıları oktyabrın 3-dək məntəqə seçki komissiyalarında olacaqdır

Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı seçici siyahıları üzrə son dəqiqləşdirmələr başa çatdırılmışdır. Seçici siyahıları Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Seçkilər İnformasiya Mərkəzində çap olunur.
Siyahılar oktyabrın 3-dək məntəqə seçki komissiyalarına göndəriləcəkdir.
Bu barədə MSK katibi Natiq Məmmədov sentyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
O demişdir ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə cari ilin əvvəlindən başlanılmışdır. Bu işə yerli icra strukturlarının, bələdiyyələrin, polis və ədliyyə orqanlarının əməkdaşları cəlb olunmuşdur.
Son məlumatlara görə, ölkə üzrə 4 milyon 846 min nəfər seçici vardır. Lakin bu rəqəmin artacağı istisna edilmir. Belə ki, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslər, eləcə də yaşayış yeri ilə qeydiyyatda olma yerləri müxtəlif olan vətəndaşlar, həmçinin hazırda xarici ölkələrdə olan və seçki gününədək Azərbaycana gələcək insanlar yaşadıqları ərazi üzrə səsvermədə iştirak edə bilərlər. Bunun üçün onlar məntəqə və dairə seçki komissiyalarına müraciət edib adlarını siyahıya saldırmalıdırlar.
Vətəndaşların adlarının seçici siyahısında olub - olmamasının öyrənmələri prosedurları da asanlaşdırılmışdır. İndi hər bir vətəndaş öz adını, eləcə də qohumunun adını internet vasitəsilə MSK-nın saytında və ya məntəqə seçki komissiyalarında axtara bilər. Adını bu siyahılarda tapa bilməyən vətəndaşlar aidiyyatı üzrə məntəqə seçki komissiyalarına müraciət edib, adlarını siyahıya saldıra bilərlər.
MSK səsvermədə iştirak imkanı məhdud olan vətəndaşlar üçün də qaydalar müəyyən etmişdir. Belə ki, səsvermədə iştirak imkanı olmayan şəxslər məntəqə və dairə seçki komissiyalarına müraciət etdikdə onlar üçün səyyar səsvermə təşkil olunacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında