Milli Məclisə keçiriləcək seçkilərlə bağlı 13 adda plakat çap olunmuşdur

Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 13 adda plakat çap etdirmişdir.
Bu barədə Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat vermişdir.
A.Sarıyev bildirmişdir ki, çap olunmuş plakatlar artıq dairə seçki komissiyalarına göndərilmişdir. Bu plakatlar əsasən maarifləndirici, səsverməyə çağırış, seçici siyahıları ilə bağlı məlumatlandırıcı və s. plakatlardır. Plakatların çapı davam etdirilir.
A.Sarıyev onu da diqqətə çatdırmışdır ki, plakatların, seçici siyahılarının, eləcə də deputatlığa namizədlərin təbliğat materiallarının tarixi mədəniyyət abidələrinin üzərinə, muzey binalarına, eləcə də dövlət və hakimiyyət strukturlarının binalarına yapışdırılması qanunla qadağandır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında