"Dünya Azərbaycanlılar" İctimai Mərkəzi respondentlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlamışdır

Sentyabrın 24-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "Dünya Azərbaycanlılar" İctimai Mərkəzi "Qızıl Buta" mükafatının laureatlarının müəyyən edilməsi ilə bağlı respondentlər arasında keçirdiyi rəy sorğusunun nəticələrini açıqlamışdır.
Tədbirdə çıxış edən "Dünya Azərbaycanlılar" İctimai Mərkəzinin rəhbəri Zaur Mirzəzadə təmsil etdiyi qurumun fəaliyyəti, yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, 2004-cü ildə yaradılan mərkəzin başlıca məqsədi Azərbaycanı dünya miqyasında tanıtmaqdır. Biz həm də beynəlxalq standartlara uyğun istiqamətdə layihə və araşdırmalar da həyata keçiririk. Təsis etdiyimiz mükafatın "Qızıl Buta" adlandırılması da milli dəyərlərlə bağlıdır. Mükafat Vətənimizin qüdrətlənməsi və çiçəklənməsində xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Operativ informasiyanın istehsalına və yayımında xidmətlərinə görə AzərTAc da mükafata layiq görülmüşdür.
Bundan əlavə, Azərbaycanın tanınmış siyasətçilərinə, elm, mədəniyyət, din xadimlərinə, hökumət rəsmilərinə, deputatlara, mətbuat nümayəndələrinə, ziyalılara, özəl sektorun təmsilçilərinə də müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında