MSK-da müşahidəçilərin qeydiyyatı davam edir

Dördüncü çağırış Milli Məclisə keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir.
Komissiyadan bildirmişlər ki, sentyabrın 25-dək MSK-ya 460 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirmişdir. Bütün müraciətlərə müsbət cavab verilmişdir.
Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 29-u xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 338-i öz təşəbbüsü, 39-u siyasi partiyalar, 14-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcəklər. Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınmışdır.
Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcəkdir.
Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında