ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə oktyabrın birinci yarısında səfər edəcəkdir

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik sentyabrın 23-də Nyu-Yorkda BMT-nin Baş Məclisi çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşmüşlər.
Bu barədə ATƏT-in rəsmi saytında dərc olunmuş Minsk qrupunun bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, həmsədrlər nazirləri oktyabrın 4-dən 14-dək Dağlıq Qarabağın ətrafındakı ərazilərə səfər edəcək qiymətləndirmə missiyasının hazırlığı barədə məlumatlandırmışlar.
Bundan əlavə, sənəddə qeyd olunur ki, həmsədrlər BMT-nin Cenevrədəki və Nyu-Yorkdakı nümayəndələri ilə özlərinin qurduqları ilkin əlaqələrə əsaslanaraq, BMT-nin İnkişaf Proqramının və Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərinə missiyada iştirak etmək xahişi ilə rəsmi müraciət etmişlər.
Həmsədrlər nazirləri ATƏT-in Astanada keçiriləcək sammitinə hazırlıq və iş planları ilə tanış etmişlər.
Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası hazırda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki vəziyyəti öyrənir. ATƏT-in Minsk qrupunun həmsədrləri son səfərləri zamanı bu ərazilərdə vəziyyətlə tanış olmuşlar. Vasitəçilərin Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları gözlənilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında