Azərbaycan İslam Konfransı Təşkilatının növbəti Sammitinin Bakıda keçirilməsini təklif etmişdir

Azərbaycan 2014-cü ildə İslam Konfransı Təşkilatının (İKT) 13-cü Sammitinin Bakıda keçirilməsini təklif etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu barədə Nyu-Yorkda İKT-nin üzvü olan dövlətlərin xarici işlər nazirlərinin illik görüşündə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov adından oxunan çıxışda deyilir.
Bildirilir ki, tədbirin Bakıda keçirilməsi Xəzər, Qara dəniz və MDB regionlarında İKT-nin rolunu və təsirini artıracaqdır.
E.Məmmədyarov nazirlər səviyyəsində görüşlər də daxil olmaqla bir sıra İKT tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycanın bu sahədə təcrübəsi nəzərə alınaraq, İKT dövlətlərinin hökumətlərindən ölkəmizin təşəbbüsünün dəstəklənməsini xahiş etmişdir.
Çıxışda vurğulanır ki, Azərbaycan İslam ölkələrinin maraqlarına dəstək verən ölkə kimi, BMT-nin Baş Məclisinin 2011-ci ildə 66-cı sessiyası zamanı keçirilməsi nəzərdə tutulan seçkilərdə Azərbaycanın 2012-2013-cü illər ərzində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin İKT üzvü olan dövlətlər tərəfindən dəstəklənəcəyinə inanır.
E.Məmmədyarovun çıxışında İslam ümməti və İKT-nin Baş katibi Ekmaləddin İhsanoğluya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkür bildirilir. Qeyd olunur ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə hörmət, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqı və Avropa Parlamentinin qəbul etdiyi aidiyyəti üzrə sənədlər və qərarlar, BMT-nin Təhlükəsizlik Şurası və İKT-nin müvafiq qətnamələrinin həyata keçirilməsi əsasında sülh yolu ilə həllinə sadiq qalır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında