Elektrik şəbəkəsi müəssisələrində təmir işləri həyata keçirilir

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və kefiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin genişləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ölkənin sistem əhəmiyyətli elektrik obyektləri kimi paylayıcı şəbəkələrin bərpası və yenidən qurulması işləri də sürətlə davam etdirilir, elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunur.
"Azərenerji"nin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda "Qusar" və "Xaçmaz" elektrik şəbəkəsi müəssisələrində də təmir işləri uğurla həyata keçirilir. Qusar şəbəkə rayonunun xidməti ərazisində olan 35 kV-lik "Caqar" hava elektrik verilişi xəttinin (HEVX) 4 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılaraq 54 ədəd izolyator dəyişdirilmişdir. Eyni gərginlikli "Quba-Qusar" HEVX də isə 10 ədəd xətt armaturu yenisi ilə əvəz edilmişdir. Bundan əlavə, 110 kV-lik "Qusar" yarımstansiyasında 2 saylı 10 MVA-lıq transformatorun 110 kV-luq ayırıcı və qısa-qapayıcısında tənzimləmə işləri aparılmış, 1 və 2 saylı transformatorda ölçü-sınaq işləri yerinə yetirilmişdir. Bu transformatorun 35 kV-lik giriş və eyni gərginlikli "Caqar" HEVX-nin yağ açarları da əsaslı təmir olunmuşdur. "Əcəxur" yarımstansiyasında isə 10 kV-lik "Mucuq" HEVX-nin yuvasında təmir-sazlama işləri aparılmışdır. Eyni zamanda, 10 kV HEVX-də 121 ədəd, 0,4 kV şəbəkədə isə 36 ədəd dayaq, eləcə də 11 kilometrdən artıq naqil yenisi ilə əvəz edilmiş, 340-a yaxın izolyator dəyişdirilmişdir.
Xaçmaz şəbəkə rayonunda da təmir işləri intensiv şəkildə davam etdirilir. Belə ki, 110 kV-lik "Xaçmaz" yarımstansiyasında 1 saylı 25 MVA-lıq transformator və onun yağ açarı əsaslı təmir olunmuşdur. Analoji işlər III "Xaçmaz", VI "Xaçmaz" HEVX-də də həyata keçirilmişdir. Bundan əlavə, 10 kV-lik "Əhməd-oba", "Pivə zavod", "Nizova", "Telestudiya", "Kondensator" HEVX-də təmir işləri yüksək keyfiyyətlə başa çatdırılmışdır.
İlin ötən dövrü ərzində 110 kV-lik "Xudat" yarımstansiyasında 2 saylı 10 MVA-lıq və 1 saylı 6,3 MVA-lıq transformatorlarda cari təmir işləri aparılmışdır. "Yalama" yarımstansiyasında isə 35 kV-lik giriş yağ açarı əsaslı təmir olunmuşdur. Eyni zamanda, 330-110 kV-lik HEVX-lərdə ümumilikdə 360-dan çox izolyator yenisi ilə əvəz olunmuşdur.
Xaçmaz şəbəkə rayonunun balansında olan 10 və 0,4 kV-lik şəbəkələrdə ümumilikdə 6,2 kilometrə yaxın naqil və 225 ədəd izolyator dəyişdirilmişdir. Müxtəlif gücdə olan 4 ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Təmir bərpa işləri hazırda da davam etdirilir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında