ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsi anılmışdır

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin xatirəsini anma mərasimi keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən bildirmişlər ki, Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi münasibətilə təşkil edilmiş mərasimdən əvvəl universitetin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidin məzarı önünə tər qərənfillər düzmüşlər.
Sonra tədbir ADU-da, şəhidin adını daşıyan muzey-lektoriyanın qarşısında davam etdirilmişdir.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tələbə gənclər təşkilatı nəzdində "Ülvi" vətənpərvər klubunun sədri, tərcümə fakültəsinin tələbəsi Kamil Zeynalov Ülvi Bünyadzadənin Vətən və xalq yolunda göstərdiyi şücaətdən danışmışdır.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul və qızlarımızın öz canlarını fəda etmələrindən və onların şəhidlik zirvəsinə ucalmalarından söhbət açmışdır. Bildirilmişdir ki, Ülvi Bünyadzadənin əziz xatirəsi daim yaşayacaq, onun qəhrəmanlığı başqalarına nümunə olacaqdır.
Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu Ülvi Bünyadzadə haqqında xatirələrini söyləmişdir.
Mərasimin sonunda çıxış edən şəhidin atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan Vətənə olan sevgisindən söz açmışdır. Azərbaycanın qəhrəman oğullar yetişdirdiyinə toxunan Yusif Bünyadzadə Ülvi ilə fəxr etdiyini demişdir. O, oğlunun xatirəsinin əziz tutulduğuna görə universitetin rektoru, professor Səməd Seyidova və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında