Qazaxıstanın nüfuzlu "Elm və həyat" jurnalında "Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu" adlı məqalə dərc edilmişdir

Qazaxıstanın nüfuzlu "Elm və həyat" beynəlxalq elmi-kütləvi jurnalında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun "Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu" adlı məqaləsi dərc edilmişdir.
Məqalə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında dövlət quruculuğu işlərinin həyata keçirilməsi və bu illərdə ölkədə demokratik dəyərlərin bərpa olunması, insan hüquq və azadlıqlarının qorunması, dini tolerantlığın təmin edilməsi ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən görülmüş işlərdən bəhs olunur.
Yazıda, həmçinin ümummilli lider Heydər Əliyevin siyasətinin davamı kimi insan hüquq və azadlıqlarının təmin edilməsi, ölkənin siyasi-iqtisadi inkişafı və respublikamızda vətəndaş cəmiyyətinin demokratik dəyərlərinin bərqərar olunması ilə bağlı atılan addımlardan söhbət açılır.
Bundan əlavə, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycanın haqlı mövqeyi geniş təhlil olunur, həmçinin beynəlxalq təşkilatların və aparıcı dövlətlərin problemin həll olunmasında iştirakı məsələlərinə toxunulur.
Məqalədə getdikcə güclənən Azərbaycanın regionda və dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi məsələlərinə toxunulur, ölkəmizin siyasi, iqtisadi, hərbi və geostrateji vəziyyətinin bu amilin güclənməsində xüsusi rol oynadığı qeyd edilir.
Sonda isə vurğulanır ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində öz sözü, yeri və rolu olan, sözün bütün mənalarında müstəqil bir dövlətə çevrilmişdir.
Müəllif Azərbaycanın bu mövqeyinin regionda, o cümlədən dünyada baş verən siyasi-iqtisadi proseslərə təsir etmək imkanları yaratdığını və bunun milli maraqlarımızın qorunmasında xüsusi rol oynadığını qeyd etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında