Azərbaycan və Türkiyə arasında dövlət qulluğu üzrə əməkdaşlıq çərçivəsində görüşlər keçirilmişdir

Azərbaycanla Türkiyə arasında "2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aparatının rəhbəri Vilayət Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qardaş ölkənin Karabük vilayətində olmuşdur.
İlk olaraq, vilayətin Safranbolu qəsəbəsində olan nümayəndə heyətinin üzvləri burada qəsəbə kaymakamı (icra nümayəndəsi) Gökhan Azcan və bələdiyyə sədri Necdət Aksoy ilə görüşmüşlər. Qonaqlara kaymakamlığın fəaliyyəti haqqında geniş məlumat verilmişdir.
Sonra Karabükdə vali İzzətdin Küçüklə görüş keçirilmişdir. Vali qonaqlara dövlət qulluqçularının fəaliyyəti, valiliyin strukturu haqqında geniş məlumat vermişdir. Görüşün sonunda Karabük Valiliyi adından Azərbaycan nümayəndə heyətinə hədiyyələr təqdim olunmuşdur.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında