Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyi zibil və tullantılardan təmizlənəcək

Sentyabrın 25-də Bilgəh çimərliyi könüllülər, "Coca-Cola" şirkətinin əməkdaşları və onların ailə üzvləri tərəfindən zibil və tullantılardan təmizlənəcək. Bilgəh çimərliyinin təmizlənilməsinə yönəlmiş aksiya Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 25-ci ildönümü ilə əlaqədar keçirilir. Aksiya "Coca-Cola" şirkəti tərəfindən bütün dünyada dəstəklənir.
Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların və okeanın zibil və tullantılardan təmizlənilməsi üçün həyata keçirilən birgünlük könüllülük təşəbbüsüdür. Bu təşəbbüsü şərh edən "Coca-Cola" şirkətinin Ətraf Mühit və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Emin Dostiyari deyib: "Biz Xəzər dənizinin sahilinin təmizlənməsinə öz töhfəsini vermək istəyən bütün insanları bu aksiyada iştirak etməyə çağırırıq. Bu aksiya yalnız sahilyanı ərazinin təmizlənilməsinə deyil, həmçinin ətraf mühitin və təbiətin dəyərləndirilməsinə, çirklənməni törədən davranış tərzlərinin dəyişdirilməsinə yönəlib".
Tədbir sentyabrın 25-də Bilgəh çimərliyində "Zibili götür. Təmizlə. Fərqi Gör!" şüarı altında keçiriləcək. "Coca-Cola" şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək. Tədbir Amerikada Təhsil almış Məzunlar Birliyi (AAA), "Dəyirman" Productions, "RED Communications PR" və "BTL Agentliyi" və Yaşıl Velosipedçilər Klubu tərəfindən dəstəklənir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında