Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintisi sürətləndirilir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, Cəmiyyətin sədr müavini Qurban Nəzirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin tikintisindəki vəziyyətlə yaxından tanış olmaq üçün bu ölkəyə səfər edib.
İşlərin gedişi ilə yaxından tanış olan Q. Nəzirov bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bağlantısının Gürcüstan hissəsində tikinti, bərpa işləri daha da sürətləndirilir. Bağlantının Gürcüstan hissəsinin tikintisini "Azərinşaatservis" şirkəti həyata keçirir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Dəmiryolservis" MMC-nin kollektivi podratçı təşkilat kimi layihədə iştirak edir.
Məlumat üçün deyək ki, "Dəmiryolservis" MMC-nin kollektivinin gücü ilə indiyə kimi Çxardzma stansiyasında istehsalat bazası yaradılmış, 2 yoldəyişən qurğu dəyişdirilmişdir. Çxardzma-Çinçkaro mənzilində 8,5 km yol və 2 körpü əsaslı təmir olunmuş, 1 yeni körpü inşa edilmişdir. Bundan başqa, 5 suötürücü qurğu inşa edilmiş, kontakt şəbəkə xətlərinin dayaqları basdırılmış, böyük həcmdə torpaq işləri görülmüşdür.
Qeyd edək "Dəmiryolservis" MMC-nin 46 vaqondan ibarət ilk işçi qatarı 5 may 2010-cu ildən, 63 vaqondan ibarət ikinci qatar isə 21 iyun 2010-cu ildən, üçüncü işçi qatarı isə 10 avqust 2010-cu ildən burada fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 09-32 CSM markalı yol-təmir-texnikası da Gürcüstana göndərilmişdir.
Q. Nəzirov daha sonra bildirmişdir ki, Çxardzma-Tetri-Çikaro və Axalkalaki-Kartsaxi mənzillərində ilin sonunadək görüləcək işlər də müəyyənləşdirilir. Azərbaycan bu yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Tranzit daşımaların artacağı ilə əldə olunacaq bütün iqtisadi dayaqlarla yanaşı, bu bağlantı Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi də çox önəmlidir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında