Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Nyu-Yorkda Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş iclasda iştirak etmişdir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Həmədan Ture və YUNESKO-nun baş direktoru İrina Bokovanın dəvəti ilə Nyu-Yorkda BMT-nin Baş Məclisi çərçivəsində keçirilən Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiyanın iclasında iştirak etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş iclasda komissar qismində iştirak edən nazir Azərbaycanın İKT sektorunda aparılmış islahatlar, həyata keçirilən regional və beynəlxalq layihələr haqqında məlumat vermişdir. Nazir BMT-nin baş katibinə təqdim edilməsi üçün komissiya tərəfindən yekun hesabatın və bəyannamənin hazırlanmasında iştirak etmişdir.
Bəyannamədə Azərbaycan Sinqapur və Yeni Zelandiya ilə birlikdə İKT-nin tətbiqində ən dinamik inkişaf nümayiş etdirən ölkə kimi səciyyələndirilmişdir. İclas çərçivəsində Ə.Abbasov BTİ-nin baş katibi Həmədan Ture, YUNESKO-nun baş direktoru İrina Bokova, Koreya Respublikasının milli informasiya cəmiyyəti agentliyinin prezidenti Kim Seanq-Tae, Finlandiyanın rabitə naziri xanım Suvi Linden, Avstraliyanın genişzolaqlı internet, rabitə və rəqəmli iqtisadiyyat naziri Stefan Konroy ilə ikitərəfli görüşlər keçirmişdir.
Səfərin ikinci günündə Ə.Abbasov BMT baş katibinin müavini Şa Zukanq ilə görüşmüşdür. Ş.Zukanq Azərbaycanın son illərdə İKT sahəsində apardığı işlərin region üçün əhəmiyyətini vurğulayaraq, bunu beynəlxalq birlik üçün gözəl nümunə adlandırmışdır.
Ş.Zukanq noyabrın 23-dən 26-dək Bakıda təşkil olunacaq Beynəlxalq "Bakutel-2010" sərgi-konfransında iştirak edəcəyini söyləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında