"RİLO-Moskva" iştirakçı ölkələrinin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 9-cu iclası işə başlamışdır

"RİLO-Moskva" iştirakçı ölkələrinin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 9-cu iclası Qusarda işə başlamışdır.
İclasdan öncə tədbir iştirakçıları Xaçmaz şəhərinə gələrək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar.
Qusardakı "Samur" gömrük buraxılış məntəqəsinin inzibati binasında keçirilən "RİLO-Moskva" iştirakçı ölkələrinin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 9-cu iclasına Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Qırğızıstan gömrük xidmətlərinin, Dünya Gömrük Təşkilatının, bir sıra beynəlxalq qurumların, eləcə də "RİLO-Pekin", "RİLO-Varşava", "RİLO-Nayrobi" və "RİLO-Köln"ün məsul nümayəndələri qatılmışlar.
İclasda "bir pəncərə" sisteminin tətbiq olunduğu "Samur" məntəqəsi haqqında məlumat verilərək bildirilmişdir ki, beynəlxalq standartlara uyğun tikilən gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla təmin edilmişdir. Hüquq mühafizə sahəsində "RİLO-Moskva" qurumu ilə əməkdaşlıq ildən-ilə genişlənir.
"RİLO-Moskva"nın direktoru Dmitri Kazmin çıxışında demişdir ki, qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi çox zəifdir. Yalnız birgə səylər sayəsində sözügedən sahədə lazımi nəticələr əldə etmək olar.
Tədbirdə Dünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın müraciəti dinlənilmişdir.
İki gün davam edəcək iclasda "RİLO-Moskva"nın 2011-ci il üçün fəaliyyət planının layihəsi müzakirə olunacaq və iclasın yekun sənədi qəbul ediləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında