İş adamları ilə görüşdə gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə edilmişdir

Bakı Baş Gömrük İdarəsində iş adamları ilə gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş görüş keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə giriş sözü ilə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov rəhbərlik etdiyi idarədə artıq iki ilə yaxındır "bir pəncərə" prinsipinin tətbiq olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu prinsip gömrük rəsmiləşdirilməsi prosesinin qısa müddət ərzində həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır. İş adamları və brokerlər tələb olunan sənədləri tam şəkildə gömrük orqanına təqdim etdikləri halda, həmin prosedurun 20-30 dəqiqə ərzində başa çatdırılması mümkündür.
Vüsal Novruzov demişdir ki, bu işin vaxtında həyata keçirilməsi gömrük əməkdaşları ilə yanaşı, iş adamlarından da asılıdır. Bir sıra hallarda rəsmiləşdirilmə üçün tələb olunan bütün sənədlər gömrük orqanına tam şəkildə və ya vaxtında təqdim edilmədiyi üçün yükün rəsmiləşdirilməsi prosesi gecikdirilir.
V.Novruzov qeyd etmişdir ki, gömrük rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi, sənədlərin iş adamlarına operativ şəkildə çatdırılması üçün Bakı Baş Gömrük İdarəsində texniki-təşkilati dəyişiklik edilmişdir. İndiyədək iş adamları sənədləri bir yerdən götürdükləri halda, sentyabrın 15-dən fiziki şəxslərin sənədləri Bakı Baş Gömrük İdarəsinin ikinci mərtəbəsində, hüquqi şəxslərin sənədləri isə əvvəlki qaydada, birinci mərtəbədə onlara təqdim olunur. Bu dəyişiklik vaxt itkisinin qarşısını almaqda iş adamlarına kömək edəcəkdir.
Baş İdarənin rəisi onu da nəzərə çatdırmışdır ki, gömrük əməkdaşlarının iş adamları ilə davranışı barədə şəxsi heyət bir daha təlimatlandırılmışdır. Hər hansı gözlənilməz problem yaranarsa, onun dərhal aradan qaldırılması üçün idarədə fəaliyyət göstərən "qaynar xətt"ə müraciət etmək lazımdır.
Görüşdə iştirak edən iş adamları belə tədbirlərin keçirilməsini təqdir edərək bildirmişlər ki, hər hansı problemlə üzləşdikdə onlara gömrük orqanı rəhbərliyi və kollektivi tərəfindən operativ köməklik göstərilir. Eyni zamanda, iş adamları bəzi problem və təklifləri də diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, posterminalların işindəki problem səbəbindən ödənişlərin həyata keçirilməsində ləngimələr yaranır. Bəzi iş adamları isə xahiş etmişlər ki, müəyyən maliyyə çətinliklərinin yaranması ilə əlaqədar olaraq, gömrük vergi və rüsumlarının ödənilməsində onlara əlavə möhlət verilsin. Bundan əlavə, dəmir yolu vasitəsilə daxil olan yüklərin səbəbsiz olaraq boşdayanması hallarının qarşısının alınması üçün gömrük əməkdaşlarının istirahət və bayram günlərində də işə çıxması təklif edilmişdir.
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov artıq posterminallarla bağlı Beynəlxalq Bankın rəhbərliyinə müraciət olunduğunu və qısa müddətdə problemin həll ediləcəyini söyləmişdir. Maliyyə çətinliyi ilə üzləşən iş adamları ilə bağlı isə bildirilmişdir ki, onlara qanunvericiliyə uyğun qaydada möhlət verildiyi üçün bu müddətin uzadılması idarənin səlahiyyətində deyildir.
Görüşdə irəli sürülən digər təkliflərin də nəzərə alınacağı vurğulanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında