Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası Balakəndə müzakirə olunur

Sentyabrın 23-də Balakəndə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası komissiyalarının birgə iclası başlamışdır.
Azərbaycanın xarici işlər nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının rəhbəri Xələf Xələfovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə müxtəlif nazirliklərin əməkdaşları, eləcə də sərhəd rayonları olan Tovuz, Samux, Ağstafa, Qax, Zaqatala rayonlarının icra hakimiyyətinin başçıları daxildir. Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini David Calaqaniya başçılıq edir. Birgə komissiya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə 1996-cı ildə başlanılan danışıqları davam etdirirlər.
Jurnalistlərə müsahibəsində Xələf Xələfov komissiyanın işindən razı qaldığını bildirmişdir. O demişdir ki, biz dövlət sərhədinin ümumi uzunluğunun üçdəiki hissəsini razılaşdıra bilmişik. Bugünə qədər 480 kilometrlik dövlət sərhədinin 300 kilometrə qədər hissəsi delimitasiya olunmuşdur. Hazırda bununla bağlı Azərbaycan və Gürcüstan arasında işlər paralel aparılır, həm komissiya iclasları, həm də ekspertlər səviyyəsində görüşlər keçirilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında