İrpendə akademik Zərifə Əliyevanın adını daşıyan park abadlaşdırılacaqdır

Sentyabrın 23-də Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyevin peyk şəhəri İrpenə səfər etmişdir. Məlum olduğu kimi, burada dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə və Dostluq Parkı vardır.
Diplomat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov ilə birlikdə Zərifə Əliyeva adına Dostluq Parkında Azərbaycan xalqının görkəmli qızının büstü önünə güllər düzmüş, şəhər sakinlərinin sevimli istirahət guşəsinin abadlaşdırılması məsələlərini müzakirə etmişdir.
Sonra Azərbaycanın səfiri İrpenin meri Oleq Bondar ilə görüşmüşdür. Görüşdə regionlararası səviyyədə tərəfdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
E.Mədətov akademik Zərifə Əliyeva küçəsindəki 12 nömrəli ümumtəhsil məktəbinə də gəlmişdir.
Məktəbin direktoru Valentina Antonenko ilə bu təhsil müəssisəsində akademik Zərifə Əliyeva muzeyinin yaradılması barədə razılıq əldə edilmişdir.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında