Qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən geniş şura iclasında aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığının vəziyyəti müzakirə edilmişdir. İcra hakimiyyətinin başçısı Alı Qocayev hələ bu ilin ötən aylarından başlayaraq, payız-qış mövsümünə hazırlıq tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırmış, nəzərdə tutulan sosial problemlərin əsas hissəsinin aradan qaldırıldığını vurğulamışdır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Füzuli Aslanov çıxışında göstərmişdir ki, müəssisələrdə, qəsəbə icra nümayəndəliklərində və bələdiyyələrdə mövsümə hazırlıqla bağlı tədbirlər planının icrası xüsusi nəzarətdə saxlanılmışdır. Məhz bunun nəticəsidir ki, qısa müddətdə Mənzil-Kommunal Təsərrüfat Birliyinin xidmət etdiyi 254 evin inzibati binasının damlarında 3412 kvadratmetr şüşəli ruberoidlə cari təmir işləri aparılmışdır. Yaşayış binalarının zirzəmilərində 186 poqonometr müxtəlif diametrli su və kanalizasiya xətləri təmir edilmişdir. Bundan başqa, istilik sisteminə qoşulmuş 268 evdən 233-nün istilik enerjisi ilə təminatı həll olunmuşdur.
Azərbaycan Prezidentinin "Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" müvafiq sərəncamının icrası ilə əlaqədar 2010-cu ildə uzun müddət işləməyən, istismar müddəti bitmiş, insan həyatı üçün təhlükəli 45 liftdə əsaslı və 10 liftdə isə yenisi ilə əvəzetmə işləri aparılmışdır.
Natiq payız-qış mövsümündə rayon əhalisinin elektrik enerjisilə təminatını yaxşılaşdırmaq üçün bir sıra işlərin görüldüyünü də diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırlıq dövründə rayon ərazisində 960 metr kabel yenisilə əvəz edilmiş, 987 ədəd sayğac quraşdırılmış, 10 ədəd transformator daha güclüsü ilə əvəzlənmiş, 23 ədəd yağ açarı təmir olunmuşdur.
Qaz İstismar Sahəsi tərəfindən mövsümə hazırlıqla əlaqədar yeni yaşayış massivlərinə 94736 poqonometr xətt çəkilmiş, yeraltı qaz kəmərlərinin 4160 poqonometrinin korroziyaya uğramış hissəsi dəyişdirilmiş, rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar 1216 min poqonometr yeni qaz xətti çəkilmiş, həmin qaz kəmərlərinin üzərinə 216 ədəd yeni siyirtmə quraşdırılmış, 31 siyirtmə yenisi ilə əvəz olunmuş, 96 ədədi isə təmir edilmişdir. Şəbəkədə istismarda olan qaz kəmərlərinin üzərinə 22 ədəd qaz tənzimləyici quraşdırılmış, 6 ədəd tənzimləyici şkaf yenisi ilə əvəz olunmuşdur.
Rayon kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür. Belə ki, "Baksol" yolunda çirkab suların tutulub axıdılması üçün 120 poqonometr, Biləcəri qəsəbəsində 130 metr yeni xətt çəkilmiş, hazırlıq dövründə 670 poqonometr xətt yuyulmuş, 26 quyu, 170 ədəd barmaqlıq, 2685 paqonometr leysan şəbəkəsi təmizlənmiş, 572 quyuya baxış keçirilmişdir.
Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbədə yerləşən sənaye obyektlərinin və fərdi yaşayış evlərinin çirkab sularının süni olaraq yaranmış Böyük Şor gölünə axıdılmasının qarşısını almaq məqsədilə yeni nasos stansiyasının və kanalizasiya xəttinin tikintisinə başlanılmışdır. Rəsulzadə bələdiyyəsi tərəfindən nasosxana mərkəzi tikilmiş və 1580 poqonometr magistral təzyiqli kanalizasiya xətti çəkilərək, mərkəzi kollektora qoşulmuş, "Hövsan" nasosxanasına ötürülməsi təmin olunmuşdur.
Yığıncaqda görülən işlərlə yanaşı, mövcud problemlərə də toxunulmuşdur. Əminliklə bildirilmişdir ki, RİH rəhbərliyi əhalinin enerjidaşıyıcıları ilə fasiləsiz təminatının daha da yaxşılaşdırılması üçün bundan sonra da zəruri tədbirlər həyata keçirəcəkdir.
İclasda Bakı Şəhər İcra Hakimiyyəti, "Azərsu"SC, ARDNŞ, "Azəristiliktəchizat" ASC və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
RİH-in başçısı Alı Qocayev yığıncaqda çıxış etmiş, müvafiq strukturların rəhbərlərinə çatışmazlıqları qısa vaxt ərzində aradan qaldırmaları üçün konkret tapşırıqlar vermişdir.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında