"Fars körfəzinin sahillərinin təhlükəsizliyi və Azərbaycan: Birləşmiş Ərəb Əmirliklərinin baxışlarında" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Fars körfəzinin sahillərinin təhlükəsizliyi və Azərbaycan: Birləşmiş Ərəb Əmirliklərinin baxışlarında" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Mərkəzin direktoru Elxan Nuriyev tədbiri açaraq mövzunun əhəmiyyətindən danışmışdır.
Yaxın Şərq və Fars Körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf bölməsinin direktoru Teodor Karasik əsas məruzəçi qismində çıxış edərək Cənubi Qafqaz və Yaxın Şərq regionlarında mövcud vəziyyətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən T.Karasik ölkəmizdə şahidi olduğu inkişaf proseslərini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın regionda böyük nüfuza və mühüm strateji əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişdir. T.Karasik demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli regionun təhlükəsizliyi baxımından zəruridir. Problemin regionun inkişafına ciddi maneə yaratdığını vurğulayan qonaq münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini qeyd etmişdir.
"Dəyirmi masa"da Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında