Şirvanda "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilmişdir

Sentyabrın 21-də Şirvanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK), ATƏT-in Bakı ofisinin nümayəndələri, Şirvan və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Sessiyada demokratik seçkilərə dair təməl prinsipləri və qanunsuz müdaxilənin yolverilməzliyinə dair Azərbaycan Seçki Məcəlləsində əksini tapan müddəalar haqqında söhbət açılmış, yerli icra orqanlarının bu prosesdəki roluna aydınlıq gətirilmiş, eləcə də seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri vurğulanmışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel sessiyanı açaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda bundan əvvəl keçirilmiş seçkilər barədə məlumatlarını xatırlatmış, əldə edilmiş uğurları vurğulamış, seçkilərin nəticələrinə ciddi təsir edəcək müdaxilələrə yol verilmədiyini bildirmişdir.
Səfir demişdir ki, Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə təşkil edilən bu məlumat sessiyaları qarşıdan gələn seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsində mühüm rol oynayacaqdır.
Sessiyada Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış etmişdir. O demişdir ki, ölkəmiz yeni seçkilər ərəfəsindədir. Bu seçkilərin də Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyəti vardır. Biz seçkilərin sivil dünya təcrübəsinə uyğun olaraq azad, ədalətli, demokratik və şəffaf keçirilməsində tam maraqlıyıq. Azərbaycan dövləti bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırmışdır, cəmiyyətin siyasi cəhətdən inkişaf edərək kamilləşməsi üçün bütün səyləri göstərir. Bizim məqsədimiz seçicilərin etimadını qazanan vətəndaşlarımızın seçkili orqanlarda təmsilçiliyinə nail olmaqdır. Atılan bütün addımlar məhz bu məqsədə xidmət edir. Bilirik ki, ölkəmizin demokratik imici seçkilərin ədalətli, şəffaf və qanunun aliliyi çərçivəsində keçirilməsi sayəsində daha da möhkəmlənir.
Şöbə müdirinin müavini icra hakimiyyəti orqanlarının seçki komissiyaları ilə əlaqəli işinə münasibət bildirərək demişdir ki, bu orqanlar komissiyaların fəaliyyətinin texniki cəhətdən təşkili məsələləri ilə yaxından məşğul olmalıdırlar. Onlar seçkilərin təşkili və keçirilməsi işinə fəal yardım etməlidirlər.
Ə.Mehdiyev bildirmişdir ki, artıq müstəqil Azərbaycan cəmiyyətinin mükəmməl seçki təcrübəsi vardır. Hər bir seçki cəmiyyətimizin siyasi təkmilləşmə yolunda atdığı uğurlu addım kimi qiymətləndirilməlidir. Artıq Azərbaycan seçicisi kimi seçməyin onun həyati müqəddaratı ilə birbaşa bağlı olduğunun tam fərqindədir.
Mərkəzi Seçki Komissiyasinin katibi Natiq Məmmədov çıxış edərək, ölkədə seçkilərlə bağlı maarifləndirmə işinin gücləndirilməsi sahəsində həyata keçirilən ardıcıl və çoxşaxəli tədbirlərin əhəmiyyətini vurğulamış, belə tədbirlərin seçicilərin siyasi iradəsinin qəti və düzgün formalaşmasına birbaşa təsir göstərdiyini söyləmişdir.
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter seçkilərin demokratik prinsipləri, seçicilərin öz iradələrini azad və sərbəst surətdə ifadə etmələri üçün normal şərait yaradılmasının zəruriliyi məsələlərinə toxunmuşdur.
Sessiyada müzakirələr aparılmış, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında