Azərbaycan Diplomatik Akademiyası Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə "Qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kursa başlamışdır

Sentyabrın 21-də Azərbaycan Diplomatik Akademiyası (ADA) İsveçrə Konfederasiyasının Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə (GCSP) "Qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kursa başlamışdır.
Kursun açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov layihənin əhəmiyyətindən danışmışdır.
GCSP-nin direktoru, səfir Fred Tanner bildirmişdir ki, kursda dinləyicilər dövlət quruculuğu, münaqişələrin təhlili və idarə olunması, cəmiyyətdə xeyriyyəçi layihələrin icrası, seçkilər prosesi haqqında ətraflı məlumat alacaqlar.
Bundan əlavə, kursun 19 dinləyicisi ölkəmizin tarixi guşələrinə səfər edəcək, Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olacaqlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında