Lənkəranda "Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası" mövzusunda seminar keçirilmişdir

Sentyabrın 21-də Lənkəran şəhərində "Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası" mövzusunda seminar keçirilmişdir.
On üç rayonun icra hakimiyyəti başçılarının və polis şöbəsi rəislərinin birinci müavinlərinin, KİV-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, rayonda fəaliyyət göstərən 4 seçki dairəsini əhatə edən 114 seçki məntəqəsində 109 min seçici qeydə alınmışdır. Deputatlığa namizədlərlə görüşlərin və digər tədbirlərin keçirilməsi üçün rayonun ərazisində 49 açıq və 46 qapalı yer müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov bildirmişdir ki, Prezident Administrasiyası və Avropa Şurasının Venesiya Komissiyasının təşkilatçılığı ilə reallaşdırılan belə tədbirlər iyun və iyul aylarında Quba və Qəbələ rayonlarında təşkil olunmuş, həftənin sonunda isə Ali Məhkəmədə keçiriləcəkdir.
Seminarın məqsəd və vəzifələri barədə ətraflı söhbət açan Ç.Əsgərov qeyd etmişdir ki, qarşıdakı parlament seçkiləri ilə bağlı Azərbaycanda sərbəst toplaşmaq haqqında qanuna bəzi əlavələr və dəyişikliklər edilmişdir.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, Venesiya Komissiyasının ekspertləri - Arne Mavçiç, Qari Krou, Ceyms Suini mövzu ilə bağlı çıxış etmişlər.
Veronika Kotek jurnalistlərə müsahibəsində bildirmişdir ki, Avropa Şurası nüfuzlu beynəlxalq təşkilat kimi seçkiləri müşahidə etmək hüququna malikdir və bu vəzifə Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) həvalə edilmişdir. Parlament seçkilərini müşahidə etmək üçün AŞPA nümayəndələrini Azərbaycana göndərəcəkdir.
AŞPA-nın təxminən 5 nəfər üzvü oktyabrın ortalarında Azərbaycana gələcək, hakimiyyətin və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər.
Seçkilərə 2 gün qalmış isə təxminən 30 nəfərlik nümayəndə heyəti seçkiləri müşahidə etmək üçün Azərbaycanda olacaqdır.
Azərbaycanda sərbəst toplaşmaq haqqında qanuna bəzi dəyişikliklər edilmişdir. Dəyişikliklər müsbət xarakter daşıyır. Bu dəyişikliklər vasitəsilə milli qanunvericilik beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmışdır.
Bakı və Mingəçevir şəhərlərində jurnalistlər üçün də təlim məşğələləri keçiriləcəkdir.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında