Bakıda 16 ölkənin gömrük təşkilatlarının iştirakı ilə regional seminar başlanmışdır

Aprelin 12-də Dünya Gömrük Təşkilatının (DGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində "Harmonik sistemin şərhinin əsas qaydaları" mövzusunda seminar açılmışdır.
Tədbirdə 16 ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Belarus, İsrail, Serbiya və Polşa gömrük orqanlarının nümayəndə heyətləri iştirak edir.
Seminarın açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirmişdir ki, beş gün davam edəcək seminarda Harmonik sistem haqqında Konvensiya, Harmonik sistemin vahid şəkildə şərh və tətbiq edilməsinə dair DGT-nin tövsiyələri, milli proqramlar və digər mövzular müzakirə olunacaqdır. Harmonik sistem gömrük statistikasının aparılmasında, eyni zamanda, vergi və rüsumların toplanmasında çox önəmli məsələdir və onun bütün ölkələr tərəfindən tətbiqi mühüm əhəmiyyət kəsb edir.
A.Əliyev Dünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində keçirilmiş ilk böyük tədbirə maliyyə dəstəyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir. Müasir dövrdə gömrük qurumları arasında əlaqələrin daha da genişləndiyini vurğulayan A.Əliyev bununla yanaşı narkotik maddələrin qaçaqmalçılığı, informasiya texnologiyalarının tətbiqi və digər məsələlərlə bağlı bəzi çətinliklərin mövcud olduğunu nəzərə çarpdırmışdır.
Bildirilmişdir ki, iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasında olan Azərbaycanda gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi- texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadr hazırlığı dövlətin daim diqqət mərkəzindədir.
Sonra xarici qonaqlar DGK-nin Mərkəzi laboratoriyasına baxmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında