"Avtoşou"dan "avtomobil yağışı" davam edir

Avqust ayının 28-də, axşam "Avtoşou" lotereyasında daha 15 avtomobil uduldu və artıq keçən şənbə, sentyabr ayının 18-də, AzTV - də canlı yayımda sahiblərinə təqdim edildi.
Əsas uduş - Toyota "Corolla" avtomobili Qazax rayon sakini Qurbanov İftixar Qurban oğluna qismət oldu. Onu həyacansız dinləmək olmur. Həqiqətən insanın həyatı həmişə bir vektor istiqamətində inkişaf etmir, xüsusən maddi durum eniş və yüksəlişlərə məruz qalır. Necə deyərlər, yol bir tərəfdən bağlananda digər tərəfdən mütləq açılır. Qurbanov İftixar deyir ki, yaxın adamının ağır xəstəliyi səbəbindən maddi cəhətdən çox çətin vəziyyətə düşübmüş və budur, kifayət qədər əhəmiyyətli qiymətə malik Toyota "Corolla" avtomobili onun problemlərinin həlli üçün lap yerinə düşdü.
Naxçıvandan Abbasov Yaşar Nəriman oğlu Kia "Rio" avtomobilini uddu. O, "Azərlotereya" ASC - yə minnətdarlığını bildirir və uduşunun pulunu götürür. 5 övlad atası, 4 nəvənin babası, sürücü işləyən 58 yaşlı Yaşar kişini başa düşmək olar. Bir də ki, özü demişkən, onun avtomobili, çörək ağacı - "Kamazı" var.
Növbəti qalib haqqında aşağıdakı sətirləri oxuyacaq gənc oxucularımızın hansı emosiyaları yaşayacaqlarını təsəvvür etmək çətin deyil. Bakıda, Pedoqoji Universitetdə təhsil alan 18 yaşlı Sumqayıt şəhər sakini Rəhmanlı Natiq Namiq oğlu 3 ədəd "Avtoşou" lotereya bileti almaqla VAZ - 2107 avtomobilinə sahib oldu.
Bu tiraj da, "Azərlotereya" ASC-nin keçirdiyi bütün tirajlar kimi, təkcə uduşların ölkənin bütün bölgələrini geniş əhatə etməsi ilə deyil, həm də iştirakçıların və müvafiq olaraq qaliblərin müxtəlif yaş spektri ilə xarakterizə olunur. Baxın. 18 yaşlı tələbə Natiqlə birgə İmişlidə yaşayan 61 yaşlı Cahangirov Zamin Abas oğlu da "Avtoşou" - dan VAZ - 2107 avtomobilinə sahib oldu.
Qaliblər çoxdurlar və onların hər biri haqda yazmaq olar. Quba rayonundan Əhədov Tahir Beykəs oğlu, Şəki şəhərindən Tağıyev Namiq Malik oğlu, Naxçıvandan Bağırov Asif Nadir oğlu, Göygöldən Qocayev Xeyrəddin Fərhad oğlu, Ucardan Məmmədov Ələsgər Əli oğlu, Tovuzdan Əsgərov Zakir Məhəmməd oğlu, Hacıqabuldan Babayev Elşad Yahya oğlu, Ağcabədidən Məmmədov Hafiz Əliməhəmməd oğlu, Bakıdan Qurbanov Cavad Dadaş oğlu VAZ - 2107 avtomobillərinə, Mingəçevirdən Camalov Elxan Eldar oğlu 5000 manata, Quba rayonu 2-ci Nügədi kəndindən Hüseynov Qarabala İnqilab oğlu 3000 manata, Naxçıvandan Əliyev Salman Şəmsəddin oğlu 2000 manata sahib oldular.
"Avtoşou" lotereyasınin ilk tirajının qalibləri haqda yazı ilə tanış olan oxucularımız yəqin ki, Yevlaxda Ağayev Raqufun ilk nəvəsinin, Bərdədə isə Quliyev Niyazinin ilk övladının dünyaya gəlməsi və qaliblərin uduşlarının "əsas səbəbini" birmənalı şəkildə "körpələrin qədəmlərinin uğrunda" görməsini xatırlayırlar. Bu tirajda da Ucar sakini, 6 övlad atası, sürücü Məmmədov Ələsgər ilk nəvəsinin qədəmlərini uğurlu sayır və yəqin ki, bu belədir. "Xoşbəxt olsun, atalı- analı, babalı-nənəli böyüsün", uduşla bağlı isə "xeyirli olsun!" deyirik. Bütün qaliblərə "xeyirli olsun!" deyirik.
Yeri gəlmişkən, centyabr ayı lotereya həvəskarları üçün xüsusilə məhsuldar olub. "5.36" lotereyasının 137-ci tirajında 19500 manatlıq "cek pot" uduldu və bu centyabr ayında udulan yeganə "cek pot" olmadı. Avqustun 7-dən həyata vəsiqə almış və qısa müddətdə kifayət qədər populyarlıq qazanmış "Piramida" lotereyasının 05-ci tirajında da 57 000 manat həcmində "cek pot" uduldu .
"Azərlotereya" ASC - də səbirsizliklə, 034604 saylı "Piramida" və 000784 saylı 5.36 lotereya biletlərinin sahiblərini gözləyirlər. Fəaliyyətində aşkarlığa və şəffaflığa ciddi önəm verən "Azərlotereya" ASC geniş ictimaiyyəti qaliblərlə tanış edəcək. Bu yazı isə "Avtoşou" qaliblərinə həsr olunub və məhz bu lotereyada, iki ay ərzində, nə az, nə çox, düz 30 ailə avtomobilə sahib olublar. Onların hamısına "xeyirli olsun" deyirik.
"Avtoşou" davam edir. Sentyabr ayının 25-də 3-cü tiraj keçiriləcək.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında