Bakıda "Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanmasının perspektivləri" mövzusunda seminar

Aprelin 12-də Bakıda Milli Aviasiya Akademiyasının (MAA), Beynəlxalq Logistika və Rusiya Milli Logistika assosiasiyalarının birgə təşkilatçılığı ilə "Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanmasının perspektivləri" mövzusunda seminar keçirilmişdir.
Tədbirin məqsədi logistika sahəsi üzrə mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanması, beynəlxalq nəqliyyat daşımalarında logistik metodların daha da inkişaf etdirilməsi, yeni logistik sistem və texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsidir.
Rusiya Milli Logistika Assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru, professor Viktor Sergeyev seminarın əhəmiyyətindən danışmışdır. Bu gün beynəlxalq nəqliyyat daşımalarında logistik metodlardan geniş istifadə olunduğu diqqətə çatdırılmış, bu sahədə ölkələrarası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Natiq logistikanın biznes sahəsinin mühüm tərkib hissələrindən birinə çevrildiyini və MDB ölkələrində bu sahənin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu söyləmişdir. Logistikanın inkişafına görə dünyada birinci olan Almaniyanın təcrübəsindən bəhrələnməyin vacibliyi, eləcə də beynəlxalq logistika mərkəzlərinin yaradılmasının əhəmiyyəti qeyd edilmişdir.
Sonra Beynəlxalq Logistika Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Valentina Dıbskayanın və MAA-nın müəllimi Vüqar Novruzovun məruzələri dinlənilmişdir.
Ölkəmizdə logistikanın inkişafı sahəsində görülən işlərdən danışan V. Novruzov bildirmişdir ki, Azərbaycanda "Nəqliyyat sistemlərinin logistikası" ixtisası üzrə mütəxəssislərin hazırlığına 2006-cı ildən başlanmışdır. Cari ildə MAA-da bu ixtisas üzrə 13 tələbə təhsilini başa çatdıracaqdır. Burada, həmçinin logistikanın metodoloji və nəzəri əsaslarının formalaşdırılması istiqamətində də iş aparılır. Yaxın illərdə logistika üzrə mütəxəssislərə tələbatın artacağını nəzərə alaraq, akademiya tərəfindən bu istiqamətdə tədbirlərin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında