Təbii fəlakətin nəticələri aradan qaldırılıb

Məlum olduğu kimi , sentyabrın 10-da və 11-də respublika ərazisində güclü küləklə müşayiət olunan leysan yağmışdır. Yağıntıların illik normadan xeyli çox olması səbəbindən regionlarda ciddi problemlər yaşandı. Leysanın fəsadları energetika sistemindən də yan keçmədi. Bu hal özünü xüsusən də cənub bölgəsində - Lənkəran, Astara və Lerik rayonlarında daha kəskin şəkildə büruzə vermişdir.
"Azərenerji"ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, Lənkəran rayonu ərazisində vəziyyət daha gərgin olmuşdur. Rayonun energetika təsərrüfatı bir növ sınaq qarşısında qalmışdır. Buradakı 35 kilovoltluq elektrik verilişi xəttində 4 ədəd dəmir anker dayağı və 3200 metr naqili sel aparmış , 3 ədəd dayaq isə qəzalı vəziyyətə düşmüşdür. Bundan başqa, 35/10 kilovoltluq "Səpnəkəran" yarımstansiyasında 10 kilovoltluq 2 və 3 saylı hava xətlərində, ümumilikdə 4 ədəd cərəyan transformatoru zədələnmişdir. 10 kilovoltluq transformator məntəqəsində 2 ədəd 400 və eyni sayda 100 kilovoltluq , 2 ədəd isə 160 və 63 kilovoltluq transformator zədələnmişdir. 32 ədəd dayaq aşmış , 4 dayağı isə sel aparmışdır. Bundan əlavə, 0,4 kilovoltluq daha 48 dayaq aşmış və 16 ədədini sel aparmışdır.
Astara rayonunda fəlakətin törətdiyi fəsadlar Lənkəranla müqayisədə nisbətən zəif olmuşdur. Burada 35 kilovoltluq xətlərdə yalnız izolyatorların zədələnməsi və bir ədəd traversin yanması hadisəsi baş vermişdir. 10 ədəd 10 kilovoltluq dayaq aşmış və 15 ədəd 0,4 kilovoltluq dayağı sel aparmışdır.
Lerik rayonunda isə 4 ədəd 10 kilovoltluq dayaq aşmışdır.
Bütün bunlara baxmayaraq, energetiklərin səyi nəticəsində bu problemlərin həllinə nail olunmuş və tələbatçıların elektrik enerjisi ilə təchizatı qısa müddətdə bərpa edilmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında