Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manatdır

Məlum olduğu kimi, 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 20 sentyabr "Neftçilər Günü" elan edilmişdir və bu tarix Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunur.
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli sərvətimiz olan neft və neftçilərimizin əməyi hər baxımdan yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədə işləyib pensiyaya çıxanlar bir sıra xüsusi imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar başqa sahələrdə işləyənlərə nisbətən 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 320 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Belə ki, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir. Onu demək kifayətdir ki, bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 67, 3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında