Kürdəmirdə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirilir

Sentyabrın 17-də insan hüquqları üzrə Müvəkkil - Ombudsman Elmira Süleymanovanın Kürdəmir rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov görüşü açaraq bildirdi ki, Azərbaycan Respublikasında insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan Hüquqarının Müdafiəsinə Dair Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin Proqramın icrasının məntiqi davam olaraq 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir.
Qanunun tələblərinə müvafiq olaraq 2 iyul 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edildiyini qeyd edən natiq görüş iştirakçılarına məlumat verdi ki, 5 bənddən, 41 maddədən ibarət milli fəaliyyət planı qəbul olunduğu gündən hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsinə xidmət göstərmişdir.
Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmdəndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Prezidentin məlum sərəncamlarına uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin də insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirdiyini qeyd edən F.Məlikov bildirdi ki, qanunların, fərman və sərəncamların, digər normativ hüquqi aktların həyata keçirilməsi təmin edilmiş, Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqların təmin olunması üçün tədbirlər görülmüşdür.
Belə ki, 2009-cu ildə və 2010-cu ilin müvafiq dövrundə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə qadın zorakılığına qarşı mübarizə və uşaq hüquqlarının müdafiəsi mövzularında qeyri hökumət təşkilatlarının, mətbuat nümayəndələrinin, rayon qadınlarının iştirakı ilə onların maarifləndirilməsi və məlumatlandırılması istiqamətində 5 dəfə seminar treninqlər keçirilmişdir.
1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Kürdəmir şəhərində yerləşən Heydər Əliyev adına parkda uşaqlar üçün bayram tədbiri keçirilmiş, təhsil və idman sahəsində fərqlənmiş uşaqlara, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlara rayon icra hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə rayon icra hakimiyyəti birlikdə son 1 ildə 5 dəfə "Dini Etiqad Azadlığı haqqında Qanuna edilən əlavə və dəyişikliklər" , "Qeyri ənənəvi dinlər və təriqətlər", "Din və dövlət münasibətləri" və sairə mövzularda seminar treninqlər keçirilmişdir.
Həmçinin regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarına uyğun olaraq sahibkarlığın inkişafına kömək göstərilməsi, əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına nail olmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayonda işsizliyin ləğv edilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşadırılması üçün məqsədyönlü tədbirlər görülmüş, yeni müəssisələrin yaradılması nəticəsində 2009-cu ildə 492, 2010-cu ilin ötən dövründə isə 305 yeni iş yeri açılmışdır.
Son dövrlərdə əhalinin sağlamlığına dövlət qayğısının artırılması Kürdəmirdə də əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Muradxan kəndində 10, Qarasaqqal kəndində 5 otaqlı həkim mənətəqələri və Yaponiya səfirliyinin vəsaiti hesabına Şahbəyli kəndində tibb məntəqəsi tikilərək əhalinin istifadəsinə verilmişdir.
Əhalinin təhsil hüququnun həyata keçirilməsi üçün rayonda son 6 ildə 21 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmişdir. 2009-cu ildə rayon ərazisində 480 yerlik 6 saylı şəhər orta məktəbi, 640 yerlik Dəyirmanlı kənd orta məktəbi, 192 yerlik Böyük Kəngərli kənd orta məktəbi dövlət hesabına, 360 yerlik Yenikənd kənd orta məktəbi və 192 yerlik şəhər 4 saylı orta məktəbi Heydər Əliyev Fondu hesabına inşa edilmişdir. Hazırda rayonun Carlı kəndində 220 şagird yerlik, Ərəbxana kəndində 60 şagird yerlik məktəb binaları tikilir.
Rayonda məskunlaşmış 616 məcburi köçkün ailəsinin problemləri, həyat şəraitinin yaxşılaşdırılması daim rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Rayon icra hakimiyyəti əhalinin sosial-təminatı hüquqlarının həyata keçirilməsi istiqamətində pensiyaçılara, aztəminatlı ailələrə xidmət göstərilməsində neqativ hallara yol verilməməsi üçün aidiyyatı təşkilatlarla müntəzəm əlaqə saxlamış, müharibə və əmək veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, müxtəlif səbəblər üzündən valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşlər keçirmiş, onların problem və çətinliklərinin aradan qaldırılması üçün müvafiq addımlar atılmışdır. Bayramlarda həmin şəxslər üçün bayram süfrələri açılmış, ehtiyacı olanlara ərzaq bağlamaları köməkliyi göstərilmişdir. Qarabağ əlillərinə və şəhid ailələrinə hər ay hamilik göstərilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və həyat şəraitinin yaxşılaşdırılması üçün rayonda 2 mərtəbəli 16 mənzilli yaşayış binasının tikilərək həmin kateqoriyadan olan şəxslərə paylanıldığını deyən rayon rəhbərinin sözlərinə görə kənd əhalisinin də məşğulluğunu təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, bu sahədə çalışanlara əməli köməklik göstərilməsi və hüquqlarının müdafiə olunması üçün Aqrotexservis müəssisələrinin fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılmışdır.
Rayon icra hakimyyəti başçısı aparatında vətəndaşların qəbul edilməsi, ərizə və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində müvafiq tədbirlər görülmüş, vətəndaşlar müntəzəm olaraq qəbul edilmiş, onlara hüquqlarının həyata keçirilməsində hər cür köməklik göstərilmişdir.
Rayon icra hakimiyyəti başçısının iştirakı ilə bütün kəndlərdə xidmət təşkilatları, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə səyyar görüşlər keçirilmiş, yerli əhali ilə səmimi söhbətlər aparılmış, problemlərin operativ həll olunması nəzarətdə saxlanılmışdır. Bu tədbirlər əhali tərəfindən rəğbət və razılıqla qarşılanmışdır.
2009-cu ildə rayon icra hakimiyyətinin başçısı 448 nəfəri, 2010-cu ilin 8 ayı ərzində 302 vətnədaşı fərdi qaydada qəbul etmiş, onların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşaraq qanunla qorunan hüquqlarının təmin olunmasına köməklik göstərilmişdir.
2009-cu ildə və 2010-cu ilin 8 ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatına 1836 ərizə, təklif və müraciət daxil olmuşdur. Müraciətlərə həssaslıqla yanaşılmışdır.
F.Məlikov çıxışının sonunda vurğuladı ki, Kürdəmir Rayon İcra Hakimiyyəti bundan sonra da qanunla müəyyən edilmiş qaydada vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması üçün səlahiyyətləri daxilində bütün tədbirləri görəcək və bu sahəni daim diqqət mərkəzində saxlayacaqdır.
İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova respublikamızın bütün bölgələrində əhali ilə bu cür görüşlərin keçirildiyini, insanların fikir və rəylərinə önəm verildiyini diqqətə çatdırdı. O, görüşün rəsmiyyətdən uzaq, səmimi şəraitdə keçməsi üçün dedi: Bu Gün sizinlə fikir mübadiləsi aparmaq istəyirəm, əziz kürdəmirlilər, çünki insanların fikrini, ictimai rəyi öyrənmək bizim fəaliyyətimiz üçün çox vacibdir.
Məhz elə bu səmimiyyətin nəticəsi idi ki, açıq fikir mübadiləsinə həvəslə qoşulan görüş iştirakçıları onları narahat edən məsələlərə münasibətlərini bildirdilər, ölkəmizdə insan hüquq və azadlıqlarının gücləndirilməsi üçün möhkəm hüquqi bazanın yaradıldığını, bunun isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörənliyi və insan amilinə xüsusi qiymət vermələri sayəsində mümkün olduğunu diqqətə çatdırdılar.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında