Küveytli qonaqlar Heydər Əliyev Fondunda olmuşlar

Azərbaycanda səfərdə olan Küveyt Dövlətinin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri general Feysəl Musaid Əl-Cəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verilmişdir.
Nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.
Bildirilmişdir ki, ulu öndər gənclərin hərtərəfli inkişafına xüsusi önəm vermişdir. Bu gün ölkəmizdə müasir tələblərə cavab verən 26 Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilmişdir ki, bu da əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uğurlu davamının bariz göstəricisidir.
Nümayəndə heyətinin rəhbəri general Feysəl Musaid Əl-Cəzzaf xatirə kitabına ürək sözlərini yazmış, fonda xatirə hədiyyələri təqdim edilmişdir.
Küveytli qonaqlar fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında